Oyunun təşkili :
1. Müəllim əvvəlcədən sinif otağının müxtəlif yerlərində 5, 10, 20 qəpik olmaqla şagird sayı
qədər qəpiklər gizlədir ( skoç vasitəsilə parta və stul altlarına da bərkidilə bilər).
2. Oyun dərsin istənilən mərhələsində aparıla bilər.
3. Oyunun gedişini müəllim başlayır:
- Uşaqlar, sinif otağında xəzinə gizlətmişəm.yerlərinizdən qalxın və axtarın.
4. Axtarış prosesi müəllim tərəfindən müşahidə olunur və müəlllim şagirdlərin müxtəlif
davranışlarından qeydlər edə bilər.
5.Şagirdlər qəpikləri tapdıqca müxtəlif təsüratlarla yerlərinə əyləşirlər.
6.Müəllim şagirdlərdən soruşur:
-Xəzinə axtaran zaman nə hisslər keçirdiniz , nələr etdiniz?
7.Şagird fikirləri lövhədə müəllim tərəfindən qeyd olunur.
Həyəcan Şübhə Maraq Axtarış duyğusu
Soruşdum Birgə axtardıq İnamsızlıq
Sevindim Təəssüfləndim Paylaşdım
8. Müəllim qeydlər əsasında şagirdlərə suallar verir və hər sualın bir neçə şagird tərəfindən cavablandırılmasına nail olur:
- Uşaqlar , axtarışın əvvəlindəki hissləriniz nə ilə bağlıdır?
- Pul tapdıqdan sonra bəziləriniz sevindiniz .bəziləriniz isə əksinə təəssüfləndiniz.Bunu necə izah edərsiniz?
- Müşahidə etdim ki ,bəzi şagirdlər pullarını bir-biri ilə paylaşdı. Bunu hansı məqsədlə etdiniz?
- Müşahidə etdim ki, bəziləriniz tapdığı pulu xərcləmədiniz. Bunu nə ilə izah edərdiniz?
9. Ehtimal edirəm ki, bu sualların cavblandırılması zamanı şagirdlər gəlir, mənfəət ,şəxsi büdcə ,ailə büdcəsi israf , qənaət kimi sözlərdən istifadə edəcəklər.Bu
anda pedoqoji texnikalaından istifadə edərək növbət suallar şagirdlərə verilir və şagirdlərin öz
ailələrindən nümunələr gətirilməsinə imkan yaradılır.
- Sizcə , xəzinə ,dəyərli bir şey və ya dolanışıq üçün pul axtarışı zamanı hisslər təxminən eynidirmi?
- Necə düşünürsünüz , valideynləriniz ailə dolandırmaq - pul qazanmaq üçün iş axtarışında
olarkən və ya işləyərkən bu hissləri keçirirmi?
- Maraqlıdır, əldə etdiyinz bu pulu nəyə xərcləmək olar?
- Valideynləriniz qazandığı aylıq gəliri nəyə xərcləyir ?
- Ailə gəlirinin düzgün xərclənməsi üçün nə edərdiniz?
10. Qeyd edim ki , şagirdlərin verə biləcəyi orijinal və unikal cavblar sizin növbəti dərslərdə
quracağınız şəxsi oyunlar üçün qaynaq ola bilər.
Müəllif : Aliyə Əhmədova

Комментариев нет:
Отправить комментарий