Rezident
və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. rezidentlərin
gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəlirləri
ilə həmin dövr üçün gəlirdən çıxılan xərclər arasındakı fərqdən ibarət olan
vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyindən vergi tutulduğu halda
vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Azərbaycan Respublikasında
daimi nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi
daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir
vergisinin ödəyicisidir. Vergiyə cəlb olunan gəlir konkret dövrdə Azərbaycan mənbələrindən
daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin
əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirlərdən çıxılan məbləğ arasındakı fərqdir.
Məşğulluqdan
və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan
mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növümumi gəlirin Vergi məcəlləsində
müəyyənləşdirilən hmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər
azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir. Gəlir rezident vergi ödəyicisinin
gəliri onun AR-da və AR-nın hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
1. Fiziki şəxs tərəfindənmuzdlu
işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya
fayda həmçinin əvvəlki və ya gələcək iş yerindən alınan gəlirdir. Gəlirin məbləği
aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı
xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:
1. İşəgötürənin
öz işçisinə malı, işi, xidməti təqdim etdiyi halda bu cür malların, işlərin,
xidmətlərin bazar qiyməti ilə dəyəri
2.
İşçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği
3.
İşçinin işə götürənə olan borcunun vəya öhdəliyinin başlandığı halda həmin
borcun vəya öhdəliyin məbləği
4. İşəgötürən
tərəfindən ödənilən sığorta haqları
Faktiki
ezamiyyə xərclərinin habelə 10 manatadək dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə
sutkalıq ödənişlərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
Muzdlu
işə aid olamyan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən
gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
-
sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim
edilməsindən gəlir
-
sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin
bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
-
əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir
Qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
-
faiz gəliri
-
divident
-
royalti
-
əmlakın icarəyə verilməsindən gəlir
-
sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin
təqdim edilməsindən gəlir
-
həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun
xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
Gəliri dəqiqləşdirmək üçün fiziki şəxsin aldığı və Azərbaycan
Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı və
royalti gəlirdən çıxılır. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergitutulanın aylıq gəliri
2000 manatadək olduqda 14 faiz, 2000 manatdan çox olduqda yəni 280man + 2000
manatdan çox olan məbləğin 35 faizi tutulur.
İki və ya daha çox yerdə işləyən fiziki şəxslərinn gəlirlərindən gəlir
vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə
ödənilir. İllik gəlirlərdən aşağıdakı vergi dərəcələri tutulur:
Vergitutulanın illik gəliri
24.000 manatadək olduqda 14 faiz, 24.000 manatdan çox olduqda 3.360man + 24.000
manatdan çox olduqda məbləğin 35 faizi tutulur.
2.
Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
- Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir.
- Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının
və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin
xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya
konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir.
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər
istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət təqaüdləri,
işçilərin sayının və ştatların ixtisar edilməsilə əlaqədar olaraq əmək müqaviləsinə
xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq
ödənilən təminatlar, birdəfəlik ödəmələrvə ya maddi yardımlar. Misal: işçiyə
noyabr ayında 400,00 man əmək haqqı, əmək qabiliyyətini 5 gün itirdiyinə görə
80,00 man müavinət, 100,00 man dövlət təqaüdü hesablanıb. Gəlir vergisi isə
(400,00+80,00)x14%=67.2 man olur
- təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət
və miraslar
- hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi
yardımın dəyərinin 1.000,00 man-dək olan hissəsi, mirasların dəyərinin
20.000,00 man-dək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi
yardımın dəyərinin 2.000,00 manatadək olan hissəsi
- alimentlər
- aylıq gəliri 200,00 manatadək olduqda minimum əmək haqqının 1
misli, illik gəliri 2.400,00 manatadək olduqda minimum əmək haqqının 12 misli məbləğində
olan hissəsi
Bir çox ölkələrdə gross (hesablanmış) və net (ödəniləsi) əmək haqqı
terminlərindən istifadə edilir. Fikrimcə bizim qanunlarda da bu cür terminlərdən
istifadə olunmalıdır. Qanunvericilikdə isə əmək haqqının hansı məbləğindən
tutulmanın aparılması konkret olaraq göstərilir. Vergi Məcəlləsində alimentin
vergidən azad olunması göstərilib ancaq hansı məbləğin tələbkara ödənilməsi məbləğin
yoxsa hesablanmış əmək haqqına düşən aliment məbləğinin gəlir vergisindən azad
olmağı dəqiq göstərilməyib.
-
qiymətli daşlardan və metallardan, incəsənət əsərlərindən əntiq əşyalardan
və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa ,
daşınan maddi əmlakın təqdim edilməsindən gəlir.
-
vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz
əmlakının təqdim edilməsindən gəlir
-
dəymiş zərərlərin ödənilməsilə bağlı alınan kompensasiya ödənişləri
-
bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər
-
sığorta hadisəsi baş verdikdə sığortalanın həyatına
onun əmlakına dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən
tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqqları, həyatın
yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin AR-nın sığortaçılarına
ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə
müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra
sığortalıya ödənilən məbləğ
-
müvafiq qaydada AR-nın Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsində qeydiyyatdan keçmiş lotereyalardan, həmçinin dövlət daxii uduşlu
istiqrazlardan əldə olunan uduşların dəyəri. Məs: Vətəndaş lotereyadan 1.000,00
man uduş əldə edib və bu çəxsə vergi tutulmadan həmin məbləğ təqdim edilir.
-
ağır və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi
üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc
məbləğləri
-
əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə
verilən pulsuz müalicə-profilaktik yeməklər, işçilərə müəyyən edilmiş müddətlərdəvə
tələb olunan çeşidlərdə verilən xüsusi
geyim, və digər mühafizə vasitələrinin dəyəri
-
Dövlət qulluqçusu pensiya
yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik
haqq
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutmalı olan
aylıq gəliri 400 manat məbləğində azaldılır:
-
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının
-
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının
-
Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin
-
I və II qrup müharibə əlillərinin
-
1941 – 1945 –ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və
medallar ilə təltif edilmiş şəxslərin
-
Həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının
-
Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış
şəxslərin
-
Çernobıl AES-da qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində
digər radiasiya qəaları nəticəsində, həmçinin nüvə qurğularının hər hansı növləri,
o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və
başqa işlər nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin
-
I və II qrup əlillərin hər hansı muzdlu işdən vergi tutulmalı olan
aylıq gəliri, 100,00 manat məbləğində azaldılır
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutmalı olan
aylıq gəliri 55,00 manat məbləğində azaldılır:
-
həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin valideynləri,
habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri
və arvadları(ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda
verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar
-
Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş
hərbi qulluqçular və təlim yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər
-
Daimi qulluq tələb edən uşaqlara və ya I qrup əlilə baxan və onunla
birlikdə yaşayan valideynlərin biri arvad, himayəçi, qəyyum
-
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil
qanunverciliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə
etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edimir.
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər o cümlədən,
gündüz təhsil alan 23 yaşınadək şagirdlər tələbələr olan ər və ya arvaddan
birinin vergi tutulmalı olan aylıq gəliri 20,00 manat məbləğində azaldılır. Bu
qayda uşaqların 18 yaşa tələbəlrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək,
habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək
saxlanılır. Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə
olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır. Himayədə olanların sayı
il ərzində azaldıqda himayədə olanların sayının azaldığı aydan sonrakı aydan
başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.
Aşağıdakılar himayədə olanlara aid edilmirlər:
-
təqaüd, pensiya və işsizlik müavinəti alanlar (uşaqlardan başqa)
-
dövlət təlimatında olan şəxslər
-
xüsusi məktəblərin şagirdləri və internat evlərində olan,
saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, həmçinin tam dövlət təminatındakı
məktəblər yanında internatlarda olan uşaqlar. Fiziki şəxsin yuxarıda göstərilən
güzəşt hüquqları olduqda ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı
verilir.
Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə
sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş
aşağıda göstərilən sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin
əmək kitabçasının olduğu yerdə həyata keçirilir.
3. Əmək haqqından tutulan vergi hesablanarkən
fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:
- Azərbaycan Respublikasının Milli Qəhrəmanları
Azərbaycan
Respublikasının Milli Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi
- “Şöhrət” orderinin hər üç dərəcəsi ilə təltif
edilmiş şəxslər
Şöhrət” orderinin hər üç dərəcəsi ilə təltif edilmə barədə vəsiqə
- I və
II qrup əlilləri
I və II qrup əlilinin vəsiqəsi
hərbi komissarlığın vəsiqəsi
rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı
- həlak
olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri)
hərbi komissarlığın vəsiqəsi
rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar
Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
- 1941 – 1945–ci illərdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər
orden və medallarla təltif
olunma haqqında vəsiqələr
-
qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış
şəxslər
müharibə veteranı vəsiqəsi
hərbi komissarlığın arayışı
Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar
Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı
atom obyektlərində, digər radiasiya qəaları nəticəsində, habelə nüvə
qurğularının hər hansı növləri, ocümlədən nüvə silahı və kosmik texnika ilə
bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa
yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər
tibbi – sosial ekspert
komissiyasının rəyi və ya arayışı
hərbi komissarlığın, Müdafiə Nazirliyinin,
Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər
Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin arayışları
-
I və II qrup əlillər
rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı
tibbi
sosial ekspert komissiyasının rəyi və ya arayışı.
-
həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin valideynləri, həmçinin
vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və
arvadları (ərləri)
rayon əhalinin sosial müdafiəsi
mərkəzinn arayışı
hərbi komissarlığın, Müdafiə Nazirliyinin,
Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər
Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin arayışları
-
1990 cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində
habelə AR-nın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin
valideynləri və arvadları (ərləri)
hərbi komissarlığın və hərbi
hissənin arayışları
Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar
Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
-
Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş
hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər
hərbi komissarlığın arayışı
hərbi hissənin və hərbi tədris
müəssisəsinin arayışları
AR Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar
Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
-
daimi qulluq tələb edən uşaqlıqdan və ya I qrup əlilə baxan və onunla
birlikdə yaşayan valideynlərdən biri arvad, himayəçi və ya qəyyum
himayədə olma faktı barədə məhkəmə
orqanlarının qərarı;
ər və arvaddan birinin güçəştdən
istifadə edib etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin
arayışı;
uçağın doğulması haqqında şəhadətnamənin
surəti;
birgə yaşamaq haqqında mənzil-komunal
istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
rayon əhalinin sosial müdafiəsi
mərkəzinn arayışı;
-
məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər:
Azərbaycan Respublikası
Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qaçqın və ya
məcburi köçkün statusu haqqında vəsiqəsi
-
himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt
aşağıdakı sənədlər əsasən verilir.
ər və arvaddan birinin güzəştdən
istifadə edib –etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;
AR Vergilər Nazirliyinin təsdiq
etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş
arayışları;
Güzəşt hüququna malik olan şəxslər
yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.
Комментариев нет:
Отправить комментарий