English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

Azərbaycan Respublikasının vergi sistemi

Image result for vergilər Müasir ergi sisteminin yaranma tarixi elə də qədim olmayan Azərbaycan Respublikasının  vergi sisteminə nəzər salaq.
    Azərbaycan Respublikasının vergi sistemi müstəqilliyimiz elan edildikdən sonra,1991 ci ilin sonu 1992 ci ilin əvvəllərində təşəkkül tapmağa başlamışdır.
 Bu təşəkkül prosesini 3 mərhələyə ayırmaq olar:
      1991-1992ci illəri əhatə edən 1 ci mərhələdə əsasən gəlirlərə və xərclərə qoyu-lan vergilər haqqında qanunlar qəbul edilmişdir.1991 ci ilin dekabrında “Əlavə də-yər vergisi” və ”Aksizlər”haqqında,1992 ci ilin iyununda “Hüquqi şəxslərin mən-fəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər” və “Fiziki şəxslərdən gəlir vergisi” haqqında,1992 ci ilin ortalarından  başlayaraq respublikanın müstəqil ver-gi xidməti orqanı formalaşmağa başladı.
      1993-1996 ci illəri əhatə edən ikinci mərhələdə bazar iqtisdiyyatının tələblərinə uyğun olaraq bir sıra yeni vergi növləri haqqına qanunlar qəbul edilmiş,onların normativ-hüquqi bazası yaradılmışdır.Başqa sözlə 1993 ci ilin fevralında “Torpaq vergisi”,1995 ci ilin martında “Əmlak vergisi” və “Mədən vergisi”,1996 cı ilin de-kabrında “Dövlət yol fonduna vergilər” haqqında qanunlar qəbul edilmiş,vergi qa-nunlarının tədbiqi ilə bağlı təlimatlar,əsasnamələr işlənib hazırlanmışdır.

      1996-cı ilin sonu 2000-ci il də daxil olmaqla son dövrü əhatə edən 2 ci mərhə-lədə cəmiyyətdə və iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən asılı ola-raq əvvəlki mərhələdə qəbuı edilmişqanunların təkmilləşdirilməsi istiqamətində iş-lər aparılmış,müvafiq vergi qanunlarında dəyişikliklər və düzəlişlər edilmiş,Resp-publika Prezidenti 1999 cu ilin yanvarında bilavasitə vergi orqanlarına da aidiyyatı olan “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahə-sində süni maneələrin aradan qaldırılması haqqında” fərmanı imzalanmışdı. Bu mərhələnin yekunu kimi 2000 ci ilin iyulunda “Vergi Məcəlləsi”nin qəbul edilməsini göstərmək olar.
  Hazırkı dövrdə Azərbaycan Respublikasının vergi sistemi ölkənin təsərrüfat mexanizminin fəaliyyətini təmin edir,dövlətin təxirəsalınmaz ehtiyaclarını maliyyələşdirməyə imkan verir,büdcə kəsirinin artımının qarşısını alır,ümumiyyətlə bazar iqtisadiyyatına keçidin bütün tələblərinə cavab verir.
 Müasir şəraitdə respublikanın bazar iqtisadiyyatının tələblərinə əsaslanan vergi sisteminin əsas vəzifələri aşağıdakılardır:
-gəlirlərin büdcəyə tam və vaxtında səfərdər edilməsini təmin etmək,əks halda

dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi qeyri-mümkün olar;
-əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin yenidən bölüşdürülməsi və formalaşması xüsusiyyətlərini nəzərə almaqla istehsal və istehlakın həm xalq təsərrüfatı,
həm də onun ayrı-ayrı sahələri üzrə tənzimlənməsi üçün şəraitin yaradılmasi.
Image result for vergilər
Azərbaycanın müasir vergi sistemi yaradılarkən bir sıra çətinliklərlə üzləşmişdir.Əvvəla o,əsasən fiziki şəxsləri əhatə edən vergi münasibətlərinin zəif inkişafı şəraitində formalaşmışdı.İkincisi,təsərrüfat subyektlərinin vergilərə heç də müsbət olmayan münasibəti ciddi uçot ə nəzarəti tələb edirdi.Üçüncüsü,ölkədə dəqiq vergi siyasəti işlənib hazırlanmamışdı.Dördüncüsü,ölkədə vergitutma sahəsində elmi məktəb,təcrübə demək olar ki, yox dərəcəsində idi.
Lakin zaman keçdikcə bu çətinliklər tədricən aradan qaldırılmış,ölkənin vergi sisteminin təkmilləşdirilməsi,onun inkişaf etmiş ölkələrin ergi sisteminə uygunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Azərbaycan Respublikasının müasir vergi sisteminə aşagıdakı xarakterik əla-mətlər xasdır:
ayrı-ayrı qanunvericilik aktlarına deyil,hüququi əsasa arxalanır,yəni məcmu ictimai məhsulun bir hissəsinin yenidən bölüşdürülməsi ilə bağlı bütün maliyə münasibətlərini əhatə edir;
-vergi ödənişlərinə ergi orqanları tərəfindən vahid nəzarət həyata keçirilir;
-vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalari arasında vergi yükünün ədalətlə bölüşdürülməsini təmin edir;
-xarici ölkələrin təcrübəsinin nəzərə alınması beynəlxalq inteqrasiya proses -lərinə qoşulmağa imkan verir;
-Azərbaycan Respublikasının vergi sistemi digər ölkələrin vergi təcrübəsində işlənib hazırlanmış prinsiplər nəzərə alınmaqla vergitutmanın klassik prinsipləri əsasında formalaşmışdır;
  Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ölkənin vergi sisteminin əsasında aşagıdakı prinsiplər durur:
-vergilər haqqında qanunvericilik ergitutmanın ümumi,bərabər və ədalətli olmasına əsaslanmalıdır;
-vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır;
-heç bir şəxs əldə etdiyi mənfəətdən(gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz;
-vergilər siyasi,ideoloji,etnik,konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz;
-mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlıgından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır;
      -Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir,onların dəyişdirilməsi və ya ləğv edilməsi Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir;
Heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyət -lərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilməyən,yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz;
Azərbaycan Respublikasında aşağıdakı ergilər müəyyən edilir və ödənilir:
-Dövlət vergiləri
-Muxtar respublika vergiləri
-Yerli vergilər(bələdiyyə vergiləri)
Dövlət vergiləri dedikdə,Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Muxtar respublika vergiləri dedikdə,Naxçıvan Muxtar Respublikasının  Vergi Məcəlləsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilər(bələdiyyə vergiləri) dedikdə,Vergi Məcəlləsində və müvafiq qanunla müəyyən edilən,bələdiyyələrin qərarlarına əsasən tədbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.
Azərbaycan respublikasının Vergi Məcəlləsinə əsasən xüsusi vergi rejimi tədbiq edilə bilər.Xüsusi vergi rejimi dedikdə,müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.
Dövlət vergilərinə aşağıdakılar aiddir:
-Fiziki şəxslərin gəlir vergisi
-Hüquqi şəxslərin mənfəət vergisi
-Əlavə Dəyər Vergisi
-Aksiz vergisi
-Hüquqi şəxslərin əmlak vergidsi
-Hüquqi şəxslərin torpaq vergisi
-Yol vergisi
-Mədən vergisi
-Sadələşdirilmiş vergi
Muxtar Respublika vergilərinə  Naxçıvan Muxtar Respublikasında tutulan və yuxarıda sadalanan dövlət vergiləri aiddir(yol vergisi istisna olmaqla).
Yerli vergilər aşağıdakılardır:
-Fiziki şəxslərin torpaq vergisi
-Fiziki şəxslərin əmlak vergisi
-Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
-Bələdiyyə mülkiyyətində olan müəssə və təşkilatların mənfəət vergisi
      Azərbaycan Respublikasının vergi sisteminin əsas xüsusiyyətlərindən biri ayrı-ayrı ergilərin xüsusi çəkilərinin inkişaf etmiş ölkələrin analoji strukturundan fərqli olmasıdır.
     Azərbaycan Respublikasında büdcəyə vergi daxilolmalarının tərkibində gəlir vergisinin payının inkişaf etmiş ölkələrlə müqayisədə az olmasının bir neçə səbəbi vardır.Bunlardan birincisi Azərbaycan Respublikasında əməkhaqqı səviyyəsinin  həmin ölkələrlə müqayisədə qat-qat aşağı olması,ikincisi isə yüksək gəlirli şəxslə-rin öz gəlirlərini vergidən yayındırması ilə əlaqədardır.
    Vergi sistemini xarakterizə edən göstəricilərdən biri də vergi yüküdür.Vergi yükünü həm vergi daxilolmalarının ümumi daxili məhsula nisbəti,həm də cəmi da-xilolmaların ümumi daxili məhsula nisbəti kimi təyin edə bilərik.
   Qeyd etmək lazımdır ki,vergi yükü göstəricisinin səviyyəsinin aşagı olmasının əsas səbəblərindən biri də xalq təsərrüfatının ayrı-ayrı sahələrinin vergi ödəməkdən azad edilməsidir.Məsələn,kənd təsərrüfatı məhsulları istehsalı torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib,lakin bu sahədə istehsal olunan məhsulun həcmi ümumi daxili məhsulun tərkibinə daxil edilib.
  Azərbaycan Respublikasının dövlət vergi xidməti Vergilər Nazirliyindən və bilavasitə ona tabe olan ərazi vergi orqanlarından ibarət olan vahid mərkəzləşdiril-miş sistemdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna N.M.R-nın Vergilər Nazirliyi, Vergilər Nazirliyinin Tədris Mərkəzi,İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssələr ilə iş üzrə Departament,Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti,Bakı şəhəri Baş Vergilər İdarəsi,Ərazi Vergilər İdarələ-ri,Respublikanın şəhər və rayonları üzrə Vergilər idarələri və şöbələri daxildir.
Image result for vergilər    Vergilər Nazirliyi dövlət idarəetmə orqanları sisteminə daxildir və Azərbay-can Respublikasının Prezidentinə və Hökumətinə tabedir.Vergi xidmətinin mərkəz-ləşdirilmiş sistem kimi qurulması ölkənin bütün ərazisində vahid vergi siyasətinin keçirilməsinə imkan verir.
   Vergilər Nazirliyi aşağı orqanların yuxarı orqanlara tabeçiliyi prinsipi ilə qu-rulmuş mərkəzləşdirilmiş sistemdir.
   Nazirlik və ona tabe olan bütün vergi orqanları hüquqi şəxsdirlər,onların hər birinin müstəqil xərclər smetası,bankda cari hesabı,xəbərdarlıq orqanında xəzinə hesabı, Azərbaycan Respublikasının dövlət gerbi təsvir olunmuş möhrü,müvafiq möhür və ştampları,VÖEN-ni vardır.
  Vergilər Nazirliyinə vergi orqanları qarşısına qoyulan tələblərin və vəzifələrin yerinə yetirilməsinə şəxsən cavabdeh olan Nazirlik rəhbərlik edir.Onu bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir.Dövlət vergi xidməti orqanları şaquli tabeçilik prinsipi əsasında fəaliyyət göstərir.Şaquli tabeçilik informasiya mübadiləsini sürətləndirir və təlimat xarakerli qanunvericik materiallarının vergi orqanları üzrə yayılmasını şərtləndirir.

            

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...