Alt Standart :"Milli pulla müvafiq hesablamalar aparır"
Belə bir deyim var: "Əgər yaxşı uşaq böyütmək istəyirsinizsə, ona az pul və çox zaman ayırın”
Əksər valdeynlər uşağa daha çox zaman ayırmanın vacibliyini bilirlər. Bəs "uşaq və pul” mövzusunda valideynlər nə qədər bilgilidir və bu mövzuda uşaqla necə rəftar edirlər?
Təəssüf ki, çox zaman valideynlər mövzuya dirnaqarası baxırlar. Bəziləri, uşağa nə qədər pul xərcləsələr, nə qədər çox pul versələr, o qədər yaxşıdır, düşünürlər. Bəzi valideynlər isə əksinə, "uşağı pula öyrətmək olmaz” – deyib, onları hətta yeniyetmə çaglarına qədər puldan uzaq tuturlar. Bu da uşaqlarda gələcəkdə pulla rəftara və bilavasitə həyatlarında maddi problemlərə yol aça bilər.
Uşağı körpəlikdən pulla rəftara öyrətmək lazımdır
Uşaq psixoloqları və pedaqoqların fikrincə, uşaqlara kiçik yaşlarından sözügedən mövzuda doğru vərdişlər qazandırılmalıdır. Onlar kiçik yaşlarından etibarən pul yığmanın və pul xərcləməyin sadə qaydalarını öyrənməlidirlər. Onlara öz maliyyə gələcəkləri üçün yaxşı təhsilin dəyərini və əməyin mahiyyəti və əhəmiyyəti mütləq aşılanmalıdır.
Lap kiçik yaşlarından uşağınızı da özünüzlə dükana-bazara aparın. Bazarlıq edərkən, aldığınız malların və ərzaqların keyfiyyətindən tutmuş, qiymətlərinə qədər araşdırmalarınıza uşağın diqqətini çəkməyə çalışın. Əgər uşaga nəsə alırsınızsa, mütləq onun özü ilə məsləhətləşin və ona seçim imkanı verin. Uşağın yanında bədxərclik etməyin.
Məktəbyaşlı uşaqlarınızla isə artıq ailə büdcəsini müzakirə edə bilərsiniz. Məsələn, birlikdə ailə büdcəsi yaradın və hər ay bu büdcəyə sadiq qaldığınızı onlara göstərin. Hər ayın sonu isə birlikdə büdcənizi yenidən müzakirə edin.
Uşaqlarınıza nə qədər pul verirsiniz?
Yeniyetmə dövrlərində uşaqlara verilən pul miqdarına daha diqqətlə yanaşılmalıdır. Məsələn, siz gündəlik ona ehtiyacları üçün müəyyən qədər cibxərcliyi verirsiniz. Bu, təbiidir. Amma uşaqlar gündəlik təlabatlardan əlavə hər gün sizdən pul alırsa, bu, sizin səhvinizdir. Uşaq əlavə, vacib olmayan xərclər üçün özü gəlir əldə etməlidir. Məsələn, verilən pula qənaət etməklə. Siz onun gərəksiz tələblərinə yox deməyi bacarmalı, bir sözlə, "ayağını yorğanına görə uzatmağı” öyrətməlisiniz.

Yetkinlik çağındakı uşağınızın adına bir hesab açmanız, onun bank əməliyyatları ilə tanışlığına imkan yaradar. Bu hesab sizin də idarə edə biləcəyiniz bir ortaq hesab ola bilər. Beləcə, xərcləri və təcrübə toplaması sizin nəzarətiniz altında olar. Məsələn, onlara aylıq xərcləmə limiti qoymaq və bunu pozmamaq üçün hesablarına nəzarət etmək olar. Bu limiti keçdikdə onu "cərimə etmək”, qənaət etdiyində isə mükafatlandırmaq da olar.
Комментариев нет:
Отправить комментарий