English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

ƏMƏYİN MAHİYYƏTİ VƏ NÖVLƏRİ

Image result for əmək
                                                                                Əmək- insanlığın tükənməz varı...
Əmək sərf olunan yer cənnətimdir.
Hüsnümdür, eşqimdir, səadətimdir!

                                                                                                               Mikayıl Müşfiq
İnsan cəmiyyəti həyatının əsasını əmək təşkil edir. Əmək təbiətlə insan arasında baş verən bir prosesdir. İnsan bu prosesdə təbiət cisimlərini insanın və cəmiyyətin tələb tələbatlarına uyğunlaşdırır. Heyvanların fəaliyyətlərindən fərqli olaraq, insan əməyinə aşağıdakı səciyyəvi cəhətlər xasdır:
1.     Əmək məqsədəuyğun fəaliyyətdir. Hər bir istehsalın müəyyən bir məqsədi vardır. Hətta lap savadsız icraçı da işə başlamazdan əvvəl fikrən öz fəaliyyətinin planını və ardıcıllığını tərtib edir.
2.     İnsan əməyi ictimai xarakter daşıyır. Bu o deməkdir ki, hətta insan yaşamayan adada tək çalışan Robinzon belə nəinki cəmiyyətin digər üzvləri tərəfindən hazırlanmış bəzi alət və qurğulardan istifadə etmişdir, ən başlıcası o cəmiyyətin istehsal təcrübəsindən, texnologiyalardan, yığılmış biliklərdən istifadə etmişdir.
3.     Əmək yaradıcı xarakter daşıyır. Çünki onun son məqsədi maddi nemətlər yaratmaqdır.
4.     Əməyin mühüm xüsusiyyətlərindən biri də əmək alətləri yaratmasıdır.
Image result for əmək
Marjinal nəzəriyyə ənənəvi olaraq əməyi aşağıdakı kimi xarakterizə edir: Əmək məhsulların istehsalına yönəldilmiş fiziki intelektual fəaliyyətdir. Şəxsiyyətin qabiliyyətlərinin məcmusu insan kapitalını əmələ gətirir. Əmək nə qədər ixtisaslı olsa insan kapitalı və müvafiq olaraq bu kapitala görə gəlir də bir o qədər yüksək olar. Hazırki dövrdə insan kapitalına qoyulan investisyalar cəmiyyət üçün ən səmərəli və özünü tez doğruldan hesab olunur.
Əmək prosesində insan yalnız təbiətə təsir göstərmir, o özünün daxili təbiətini də dəyişdirir, özünün iş qüvvəsini, yəni əmək qabiliyyətini reallaşdırır. O həm fiziki, həm də əqli cəhətdən inkişaf edir, təkmilləşir və yeni biliklərə yiyələnir. Beləliklə, insanı əmək yaratmışdır və onu inkişaf etdirməkdə davam edir.
Əmək prosesinin sadə momentləri canlı əməyin özü, əmək cisimləri  və vasitələri hesab olunur. Əmək prosesinin son nəticəsi maddi nemət yaratmaqdır. Əmək prosesində insan yalnız təbiətlə qarşılıqlı əlaqəyə girmir, o həmçinin başqa insanlarla ünsiyyətə daxil olur. 
Image result for əməkİnsanlar arasında maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi, istehlakı və eləcə də istehsal vasitələri üzərində mülkiyyətlə əlaqədar öz istək və arzularından asılı olmayaraq yaranan münasibətlərə istehsal münasibtləri deyilir. İstehsal münasibətləri əmək prosesinin ictimai təşkili formasıdır. Eyni əmək prosesi müxtəlif ictimai tarixi formalarda baş verə bilər: taxılı qul da,təhkimli kəndli də, azad fermer də yetişdirə bilər. Bütün hallarda taxıl eyni olacaqdır. Burada yalnız əmək münasibətlərinin xarakteri və işçinin istehsal vasitələrinə münasibəti müxtəlif olur. Bəs bu münasibətlərin xarakteri nə ilə müəyyən olunur, marksizm təliminə görə hər bir quruluşda istehsal münasibətlərinin xarakteri orada hakim mülkiyyət forması ilə müəyyən olunur.
Əmək yalnız aşağıdakı şərtlərə əməl olunduqda muzdlu əməyə çevrilir:
·        İşçi şəxsən azad olmalıdır;
·        İşçi özünün istehsal vasitələrinə malik olmamalıdır, yəni istehsal vasitələrindən məhrum olmalıdır.
Marksizmə görə, əmək istehsal prosesinə qədər mövcud olmadığı üçün əmtəə ola bilməz, deməli,əməyin dəyəri yoxdur, dəyərin özü isə əmək məsrəfləri ilə müəyyən olunur.
Image result for əmək
Əmək –insanın məqsədəyönlü, şüurlu fəaliyyətidir . Əmək-insanın , cəmiyyətin inkişafı üçün əbədi təbii bir şərtidir. İnsanın əmək fəaliyyəti istehsal prosesi ilə, habelə təkrar istehsalın ayrı –ayrı fazaları – iatehsal, bölgü, mübadilə və istehlakla əlaqədardır.
Əməyin xarakteri birinci növbədə işçilərlə mülkiyyət və bölgü münasibətləri arasındakı əlaqənin xarakterilə müəyyən olunur. O həm də işçilərin iqtisadi azadlığının mühüm göstəricisidir.
Image result for əməkƏmək və iş qüvvəsi anlayışlarını bəzən eyniləşdirirlər. Lakin bu anlayışlar yaxın olduqları qədər bir-birindən fərqli iqtisadi kateqoriylardır. Hər hansı əmək fəaliyyətini icra etmək üçün öz iş qüvvəsini təklif edə bilmək imkanı olan əhali hissəsinə iqtisadi əhali və yaxud iş qüvvəsi deyilir . Əmək ehtiyyatlarından fərqli olaraq, iş qüvvəsi  dedikdə, bütün əmək ehtiyatlarından  ictimai istehsalda məşğul olanlar daxildir. İnsanın malik olduğu və maddi nemətlər istehsal edərkən istifadə etdiyi fiziki və əqli (zehni) qabiliyyətinin məcmusu hesab olunan iş qüvvəsi  yalnız müəyyən istehsal münasibətləri sistemində fəaliyyət göstərir və cəmiyyətin başlıca məhsuldar qüvvəsidir. İnkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qul­luqçular da daxil olmaqla) və işsiz əhali daxil edilir.  İş qüvvəsi insanın əmək qabiliyyətidir, onun əmək prosesində istifadə etdiyi fiziki və zehni qüvvəsi , bilik təcrübə və əmək vərdişlərinin məcmusudur.  Kapitalizmdə  iş qüvvəsi  əmtəə kimi çıxış edir və hər bir əmtəə kimi, onun da dəyəri və istehlak dəyəri var.  İş qüvvəsi  əmtəəsinin dəyəri fəhlənin özünün və ailəsinin yaşaması üçün zəruri olan yaşayış vasitələrinin dəyəri ilə müəyyən olunur. Kapitalizmdə iş qüvvəsi dəyəri əmək haqqı formasındadır.  İş qüvvəsinin  istehlak dəyəri də var.  Bu, fəhlənin izafi dəyər yaratmaq qabiliyyətindən ibarətdir. Müasir kapitalizm muzdlu  iş qüvvəsi   istismarının güclənməsi ilə xarakterizə olunur. Sosializmdə  iş qüvvəsinin istehsal vasitələri ilə birləşməsi istehsal vasitələri üzərində ictimai mülkiyyət şəraitində, istehsal prosesinin plana uyğun təşkili əsasında həyata keçirilir. Sosializmdə  iş qüvvəsi  əmtəə deyildir. İş qüvvəsi - insanın malik olduğu, material və mənəvi dəyərlərin istehsalında istifadə etdiyi fiziki və zehni əmək qabiliyyətinin məcmusudur. İş qüvvəsi ictimai formasından, inkişaf mərhələsi və səviyyəsindən asılı olmayaraq bütün cımiyyətlərdə mövcuddur. Ancaq buna baxmayaraq "iş qüvvəsi" anlayışı yalnız cəmiyyətin tarixi inkişafının müəyyən məərhələsində konkrett iqdisadi məna kəsb etmiş , insanın əmək qabiliyyəti - iş qüvvəsi - əmtəəyə çevrilmişdir. K.Marks heç vaxt "iş qüvvəsi" anlayışını istehsal vasitələrinin sahibi olan kapitalistləri aid etməmişdir. İş qüvvəsi kateqoriyası təkcə adamarın malik olduğu əmək qabiliyyətinin  əks etdirmir, o həm də iş qüvvəsi daşıyıcısıının ictimai istehsal sistemindəki sosial - iqdisadi vəziyyətini müəyyən edir. K.Marks bildirirdi ki, iş qüvvəsi ancaq canlı fərdin qabiliyyəti kimi mövcuddur. İş qüvvəsi ancaq öz xarici təzahür yolu ilə həyata keçir və  o ancaq əməkdə həyata keçir. Müasir dövrdə insanın əmək qabiliyyətinin yalnız bir hissəsi - peşəkarlıq qabiliyyəti iş qüvvəsi hesab edilməlidir. "Peşəkarlıq" termini işçinin haqqı ödənilən əməklə məşğul olduğunu göstərir. İş qüvvəsi  insanın özündən ayrılmayan əmək qabiliyyəti hesab olunur. İş qüvvəsi kateqoriyası təkcə insanların malik olduğu əmək qabiliyyətini əks etdirmir , o , həm də , iş qüvvəsi daşıyıcısının ictimai istehsal sistemindəki ssosial - iqdisadi vəziyyətini müəyyən edir. İş qüvvəsi istehsalın şəxsi amilidir.
İş qüvvəsi insanın əmək qabiliyyətidir, onun əmək prosesində istifadə etdiyi fiziki və zehni qüvvəsi , bilik təcrübə və əmək vərdişlərinin məcmusudur.
İşçi qüvvəsinin təkrar istehsalının xüsusiyyətləri:
1. İşçi qüvvəsinin daşıyıcısı olan insanlar bir məhsuldar qüvvə kimi elmi-texniki
biliyə malik olurlar və əmək alətlərini hərəkətə gətirilər;
2. İşçi qüvvəsinin təkrar istehsalı prosesində və bunun sayəsində insan başlıca
məhsuldar qüvvə olur ;
3. İşçi qüvvəsinin daşıyıcısı məhsuldar qüvvələrin mühüm ünsürü olmaqla
bərabər, istehsal münasibətlərinin başlıca subyektidir;
4. İşçi qüvvəsinin təkrar istehsalı eyni zamanda ailə münasibətlərinin, mənəvi ,
hüquqi və s münasibətlərinin təkrar istehsalıdır;
5. İşçi qüvvəsinin təkrar istehsalı müvafiq həcmdə yaşayış vasitələtinin təkrar
istehsalını tələb edir.
         Əməyin xarakteristikasında sadə və mürəkkəb əmək anlayışları fərqlənir.
Sadə əmək heç bir ixtisas tələb etməyən əməkdir. Müəyyən işlərin yerinə yetirilməsi üçün işçidən xüsusi hazırlıq, səriştə, bacarıq və bilik tələb edən əmək isə ixtisaslı əmək adlanır. İxtisassız (sadə) əməkdən fərqli olaraq ixtisaslı əmək mürəkkəb əmək kimi çıxış edir. 
Görkəmli şotland iqtisadçısı A. Smit yazır: "Əmək bütün əmtəələrin mübadilə dəyərinin həqiqi ölçüsüdür". O göstərir ki, dəyərin kəmiyyəti ayrıca əmtəə istehsalçısının əmək məsrəfləri ilə yox, cəmiyyətin mövcud vəziyyətində orta zəruri məsrəflərlə müəyyən olunur. Smit həm də qeyd edir ki, ixtisaslı və mürəkkəb əmək, ixtisassız və sadə əməklə müqayisədə vaxt vahidi ərzində daha çox dəyər yaradır. Yəni, mürəkkəb əməyin bir saatı sadə əməyin bir neçə saatına ekvivalentdir. Buna uyğun olaraq ixtisaslı əməyə ixtisassız əməyə nisbətən daha yüksək haqq verilir.
 Əmək növlərini ölçməkdən ötrü mürəkkəb əməyin sadə əməyə müncər olması vacibdir ki, buna da əməyin reduksiyası deyilir.
         Bundan əlavə, öz formasına görə əmək abstrakt və konkret əmək kimi də təsnifləşdirilir. Belə ki, məhz ilk dəfə olaraq, K. Marks əməyin ikili xarakter daşıdığını, konkret və abstrakt əmək kimi formalarının olduğunu qeyd etmişdir. Abstrakt əmək insan əməyinin sərfidir. Konret əmək isə hər hansı bir sahədə sərf olunan əməkdir.
İnsan əməyinin ikili xarakteri əmtəənin iki xassəsini yaradır. Bunlar əmtəənin istehlak dəyəri və mübadilə dəyəridir. İnsanın mücərrəd (abstrakt) əməyi əmtəənin mübadilə dəyərini yaradır. 
Mücərrəd (abstrakt) əməyin xarakteristikası üçün aşağıdakı anlayışlardan istifadə olunur:
·        əməyin ağırlığı;
·        əməyin gərginliyi
Əməyin ağırlığı əmək predmetinin vəziyyətində olan hər hansı bir dəyişiklərlə əlaqədar fiziki səyləri xarakterizə edir.
Əməyin gərginliyi insanın sınaqdan keçirdiyi, üzləşdiyi, emosional-psixi ağırlığı xarakterizə edir.
İş qüvvəsinin və sahibkarlıq fəaliyyətinin səmərəli və qeyri-səmərəli istifadəsi nöqteyi-nəzərindən əmək səmərəli və qeyri-səmərəli əməyə bölünür. Səmərəli əmək əməyin ictimai təşkili nöqteyi nəzərindən elə əməkdir ki, bu zaman iş yerlərinin və işçilərin bölgüsü işçilərin ixtisasına, yerinə yetirdiyi əməyin mürəkkəbliyinə görə uyğun həyata keçirilsin. Qeyri-səmərəli əməkdə isə işçilərin ixtisasına və yerinə yetirilən işlərin mürəkkəbliyinə uyğun olaraq iş yerləri üzrə işçilərin bölgüsü həyata keçirilmir.
Əmək aşağıdakı prinsiplərin tələblərinə cavab verən insan fəaliyyətidir:
·        şüurluluq
·        məqsədəuyğunluq
·        nəticə
·        ictimai faydalılıq
·        hərəkətlərin enerji məsrəfləri
Şüurluluq dedikdə, burada gələcək əməyin nəticəsini insan əmək prosesində dərk edir. Məqsədəuyğunluq o deməkdir ki, insan öz səylərini reallaşdırmağa başlamazdan əvvəl hərəkətlərin alqoritmini düşünür. Nəticəlilik o deməkdir ki, hər hansı bir fəaliyyət ictimai zəruri nəticə ilə başa çatır. İctimai faydalılıq o deməkdir ki, insanlar əmək kollektivində birləşərək və ya bir - birilə qarşılıqlı fəaliyyətdə olaraq həm özü üçün, həm də cəmiyyət üçün nemətlər istehsal edirlər.
Əməyin məzmunu iş yerində konkret əmək funksiyalarının bölgüsünü ifadə edir və yerinə yetirilən əməliyyatların məcmusu ilə müəyyən olunur.
Əməyin xarakteri istehsalın ictimai şərtləri  nöqteyi-nəzərindən əməyi nəzərdən keçirir.
Əməyin funksiyaları aşağıdakılardır:
1.     İnsan və cəmiyyətin şəxsi və ictimai tələbatlarının ödənilməsi məqsədilə maddi və mənəvi nemətlərin istehsalı;
2.     İnsan və cəmiyyət həyatının təhlükəsizliyinin təmin edilməsi, təbiətin qorunması, sağlam və sosial mühitin təmin edilməsi;
3.     İctimai maddi və qeyri-maddi sərvətin formalaşması və yığımı;
4.     İstehsal amillərinin, elm, texnika və mədəniyyətin inkişafı;
5.     İnsanın özünün şəxsi inkişafı, yaradıcı şəxsin və sərbəst cəmiyyətin formalaşması.

     Əməyin təsnifat əlamətləri  aşağıdakılardır:

1.     Əməyin xarakterinə və məzmununa görə növləri:
·        arzuedilən əmək;
·        zəruri əmək və ya məcburi əmək;
·        fərdi və kollektiv əmək;
·        zehni əmək;
·        yaradıcı əmək.
2.     Əmək predmetinə və əmək məhsuldarlığına görə əməyin növləri:
·        elmi əmək,
·        mühəndis əməyi,
·        idarəetmə əməyi,
·        istehsal əməyi,
·        sahibkar əməyi,
·        sənaye əməyi,
·        kənd təsərrüfatı əməyi,
·        innovasiya əməyi,
·        nəqliyyat əməyi və s. ;
3.     Əmək vasitələrinə və üsullarına görə əməyin növləri:
·        əl əməyi ( texniki cəhətdən silahlanmayan) ;
·        mexanikləşmiş və avtomatlaşmış əmək;
·        aşağı, orta, yüksək texnologiyalı əmək;
·        insanın müxtəlif iştirak dərəcəsinə görə əmək.
4.     Müxtəlif reqlamentasiya dərəcəsi ilə əmək şəraitinə görə əməyin növləri:
·        stasionar əmək və səyyar əmək;
·        yeraltı və yerüstü əmək;
·        yüngül, orta, ağır əmək;
·        cəlbedici və cəlbedici olmayan əmək;
·        sərbəst və reqlamentli əmək.
İnsanın və cəmiyyətin inkişafında əməyin rolu aşağıdakılardan ibarətdir:
·        insanların, onların fiziki və mənəvi keyfiyyətlərinin inkişafı;
·        maddi və mənəvi nemətlərin istehsalı;
·        insanın və cəmiyyətin maddi və mənəvi tələbatların ödənməsi;
·        elmi-texniki tərəqqi ( ETT ) ;
·        əhalinin təkrar istehsalı;
·        əmək məhsuldarlığının artımı;

Son dövrlər əməyin növü kimi idarəetmə əməyini xüsusilə qeyd edirlər. İdarəetmə əməyi - ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əməyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir. Bir sıra alimlər əsassız olaraq “idarəetmə əməyi”ni “idarəetmə” ilə eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə edilir. İdarəetmə əməyi ilə müəssisə və təşkilatların rəhbərləri, mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin, mühəndis-texniki işçilərin işini aid etmək olar.

İdarəetmə əməyinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1) Əməyin xüsusiyyətləri - intellektual, zehni əmək;
2) Təsir etmə səciyyəsi - inzibati, təşkilati, bütövlükdə idarəedici;
3) Əmək cismi - informasiya;
4) Əmək vasitələri - hesablama texnikası, təşkilatı texnika;
5) Maddi nemətlər istehsalına təsiri - qeyri müstəqim;
6) Əməyin son nəticəsi - idarəetmə qərarları.
Müəllif : gənc iqtisadçı  Bayat-Budaqi Fidan

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...