English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

Vergilərin yaranma tarixi və onun mahiyyəti

Image result for TAXES
Dövlətin yarandığı gündən vergilər iqtisadi münasibətlərin mühüm həlqəsini təşkil etmişdir. Müasir sivilizasiyalı cəmiyyətlərdə vergilər dövlətin gəlirlərinin əsas hissəsini təşkil edir.
Dövlətin təşkilinin ilkin mərhələsində vergitutmanın ilkin forması qurban gətirmə olmuşdur. Qurban verilməsi  əslində könüllü  olmasına baxmayaraq  qeyri-rəsmi olaraq  məcburi xarakter  daşımışdır.    İlk mütəşəkkil  vergi sistemlərindən biri Qədim  Romanın  vergi sistemi hesab edilir.  Roma  vətəndaşları  öz əmlaklarına və ailə vəziyyətlərinə  görə  təqdim etdikləri ərizə əsasında  vergiyə cəlb olunurdular.  Hazırda  ərizənin  bu  formasını  bəyannamələr  təşkil edir. E.ə. IV-III əsrlərdə  Roma  dövləti  inkişaf etdikcə  yeni koloniyalar yaranırdı  ki,  bunun da  əsasını kommunal  təsərrüfat təşkil
Roma  dövlətinin  maliyyə   təsərrüfatının   yenidən   təşkili  imperator  Avqust  Oktavianın  (e.ə. 63-cü il -eramızın 14-cü ili)  əsas vəzifələrindən biri idi. O  bütün əyalətlərdə  vergitutmanın  həyata keçirilməsinə nəzarət məqsədilə  maliyyə təşkilatlarını yaratdı.  Onun həyata keçirdiyi islahatlar nəticəsində  tribut adlı  pul  şəklində  ödənilən  ilk  ümumi vergi yarandı.


Roma  imperiyasında  birbaşa vergilərlə  yanaşı  dolayı  vergilər də  mövcud  idi.  Qədim  Romada  vergilər arasında ən  mühümləri  bunlar  idi: 1%-li  dövriyyə  vergisi,  4%-li qul  satışından  alınan  xüsusi  dövriyyə  vergisi,  bazar  qiyməti  ilə  qulların  azad  olunmasından  alınan  5%-li
vergi, 5%-li  vərəsəlik  vergisi və s.
O  dövrdə Avropa  ölkələrində  ən geniş  yayılmış  vergi  növləri  torpaq  vergisi,  tikililərə görə vergi,  can  vergisi  və  ya  adam  başına  vergi,  aksizlər,  gömrük  rüsumları,   kommunal  və  ya  yerli  vergilər idi.

  Ən  qədim  və  geniş  yayılmış  vergilərdən  biri tikililərdən  tutulan  vergi  idi.  Tüstü vergisi  adı altında  bu  vergi  növü  XX  əsrə qədər  mövcud  olmuşdur.  Orta əsrlərdə İngiltərədə tikililərdən onlardan  çıxan  tüstünün  sayına  görə 2   şillinq vergi  tutulardı.
Can  vergisi  və  ya  adambaşına  düşən  vergiyə  torpaq  və  ya  mülk  sahibi  olmayanlar   cəlb  olunurdu.  Roma  istilası  dövründə  Avropada  dullar  və  yetimlər  bu vergini  ödəməkdən azad idilər.  Həddi - buluğa çatmayanlar  üçün  vergini  valideynləri,  təhkimli  kəndlilər   üçün   isə feodallar  ödəyirdilər.
III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər.
Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini–əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu.
Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini ''can vergisi'' mənasında işlənib. Əvvəllər ümumiyyətlə, vergi mənasında olan ''xaraq'' termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə aid edilib.
Vergilərin başçısı olan xarqbed–Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu.
I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı. Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsində bir drahma, bir qarib üzümlükdən 8 drahma, bir qarib qarayonca sahəsində 7 drahma alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 drahma vergi tutulurdu.
Əsasən silah gücənə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə başqa şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə mənsub yerli adam statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində qalır, torpaq vergisi – xəraclayanaşı, qeyri-müsəlmanların verdiyi can vergisi – cizyəni də ödəyirdilər.
Image result for TAXESXəlifə Hişam dövründə (724-743), ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə başladılar.
Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5 bərabər olan vergi; zəkat–yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr–orucluğun başa çatması münasibətilə verilən pay–fitrə; sədəqə–yoxsullara verilən ianə; uşr–məhsulun 1/10 bərabər vergi.
Xüms – pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli idi.
 Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləşdirilirdi.
 Zəkat əl-fitrə – ildə bir dəfə, orucluq ayının başa çatması münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara bərabər idi.
Uşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa məhsullardan natura ilə alınan onda bir vergisi idi.
Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu.
Mə’lum olduğu kimi bütün iqtisadi fəaliyyətlərin başlıca məqsədi  və son nəticəsi gəlir əldə etməkdir. Hər bir şəxs, müəssisə, təşkilat, şirkət və s. iqtisadi sistem daxilində müəyyən münasibətlərə malikdir. Bu münasibətləri saxlamaq üçün hökmən gəlir və xərclərə malik olmaq lazımdır. Hər bir şəxsin ən mühüm məqsədi isə xərcləri üçün lazım olandan daha çox    vəsait – gəlir əldə etməkdir. Bütün iqtisadi fəaliyyətlərdə maddi maraq məhz gəlirin artırılmasıdır. Gəlir çox olarsa istehlak da çox olar, yığım da. İstehlak istehsalı, yığım isə investisiyanı stimullaşdırır. Yə’ni hər bir iqtisadi prosesin əvvəli də, sonu da gəlirə bağlıdır.
        Dövlət də şəxslər kimi həmişə öz gəlirini artırmağa çalışır. Belə ki, gəlirsiz heç bir dövlət yaşaya, müdafiə oluna və inkişaf edə bilməz.
        Dövlət həmişə və hər şeydən daha çox gəlir əldə etməyə can atır. Bu səbəbdən də dövlət gəlirlərinin mənbələri müxtəlif və çoxsaylıdır. Bu mənbələrin bir çoxu tarixi olaraq ta qədim  zamanlardan yaranıb inkişaf etsə də, iqtisadiyyat inkişaf etdikcə yeni – yeni  gəlir mənbələri yaranmaqda və dövlət gəlirlərinin tərkibi genişlənməkdədir. Bu baxımdan da inkişaf etməkdə olan ölkələr, ilk növbədə, onlara daha çox gəlir gətirən  və gəlirlərini artıracaq sahələri inkişaf etdirməyə çalışır, həmin sahələrə böyuk həcmdə sərmayə ayırırlar. İqtisadi inkişaf və artım baş verdikdə isə dövlətin gəlirləri artır, əksinə böhranlar baş verdikdə isə dövlət gəlirlərində azalma başlayır.
      Dövlətin sərvətindən istifadəyə görə tutulan gəlirlər dövlətin sahib olduğu daşınan və daşınmaz sərvətlərin istifadəsindən götürülən gəlirlərdir. Meşələrin oduncağının satışından və ya istifadəsindən, balıq ovundan, çöllərdəki ovdan, həmçinin dövlət əmlakının istifadəsindən gələn gəlirlər bu gəlirlərə aiddir. Bu gəlirləri vergi ilə qarışıq salmaq olmaz. İndiki dövrdə bu gəlirlər, həcmcə xeyli artsada, ümumiyyətlə götürdükdə dövlət büdcəsində çox az yer tutur. Bu payın azalmasının ən mühüm səbəblərindən biri vergi  obyektlərinin  genişləndirilməsi və vergilərin ən əsas dövlət  gəlirinə çevrilməsidir.
Keçid dövrünü yaşayan bir qrup ölkələr yaranmış konkret tarixi şərait üzündən bir qayda olaraq, inkişafın başlanğıc mərhələlərində dövlət büdcəsi gəlirlərini, daha çox vergi və rüsumları artırmaq yolu ilə qaydaya salmaq istəyirlər.
Dövlət büdcəsi gəlirləri bölməsində toplanan maliyyə vəsaitləri müxtəlif mənbələrdən yığılır. Məhz belə gəlir mənbələrindən biri və başlıcası vergilərdir. Biz vergi, rüsum, gömrük rüsumu və s. adı altında istər dövlət büdcəsi, istərsə də büdcədənkənar fondlara bu və ya digər ölkədə qüvvədə olan vergi, rüsum baradəki normativ aktlara əsasən və həmin qanunverici aktlarda qoyulan hədlərə, səviyyəyə uyğun tutulan məcburi ödəmələri başa düşürük. Bundan əlavə nəzərə almalıyıq ki, hüquqi və fiziki şəxslər tərəfindən vergi və dövlət maliyyə rüsumları adlanan vəsaitlərin toplanma mənbəyidir.
  Vergiyə verilən tə’rifin doğru və dolğun olmasından ötrü, tə’rif bir neçə vacib və zəruri cəhətləri: vergilərin tutulma məsrəfləri; onların tutulma xarakteri və icra etdiyi funksiyaları ehtiva etməlidir.
  Vergilər dövlətin öz funksiyalarını icra etməsindən ötrü zəruri olan, bu ölkənin qanunvericiliyinin tabeliyində olan fiziki və hüquqi şəxslərdən dövlət və yerli hakimiyyət orqanları tərəfindən məcburi qaydada tutulan vəsaitlərdir.

Image result for TAXES  Vergi problemində məzmun və forma cəhətləri nəzər – diqqəti cəlb edir. O cümlədən,        verginin məzmunu, mahiyyətinə müdaxilə edəndə aşkar olunur ki, vergiödəyənlərin hamısı tərəfindən gəlirlərindən asılı olmadan məcburi surətdə vergi ödəmə aktının baş verməsinin vacibliyi faktı real həqiqətdir. Bilirik ki, istehsal edilmiş məhsullara və yerinə yetirilən müxtəlif növlü xidmətlərdən tutulan vergilər büdcə gəlirlərini tə’min edən ən başlıca mənbə olmaqla bərabər bir sıra funksiuaları yerinə yetirir. Görünür, vergilər üçün ən vacib, birinci, əsas funksiya büdcə gəlirlərini tə’min etmək funksiyasını yerinə yetirməkdir. Ən ağır, çətin, lakin daha çox əhəmiyyət kəsb edən vəzifə budur, çünki burada söhbət büdcə gəlirlərənin  80 – 90% - ni tə’min etməkdən gedir. Buradakı mürəkkəbliyi, ağırlığı bir daha xatırlatmaq yerinə düşər ki, axı, hələ bu gün də müəssisə və təşkilatlardan əhalinin sosial müdafiəsi üçün əmək haqqı fondunun  35% - i  məşğulluq fondunda, əmək haqqı fondunun 2% - i əlillərin sosial müdafiəsinə, mənfəətin 1% - i icbari ödənilir. Əlavə edək ki, hazırda respublikamızda büdcədən maliyyələşdirilən təşkilatlar üzrə əmək haqqı fondu müavinətlərlə bir yerdə 1,6 trilyon manatdan çoxdur. Bir cəhətə də toxunaq. Məsələ burasındadır ki, dövlətin iqtisadi vəzifələri ilə maliyyə mexanizmi arasında qarşılıqlı əlaqə var, o cümlədən, əgər dövlət əhalinin rifahı, sosial vəziyyəti ilə məşğul olursa, necə deyərlər, əhalinin qayğısına qalmaq funksiyasını yerinə yetirirsə, onda istər – istəməz vergilər məsələsi obyektiv hal kimi ortaya çıxır. Bu mə’nada vergilər ölkə iqtisadiyyatında maliyyə tənzimlənməsinin ən mühüm və səmərəli mexanizmi, aləti kimi təzahür etmiş olur. Mərkəzləşdirilmiş pul fondu kassası, müəssisələrin və vətəndaşların mənfəət və gəlirlərindən, ayrı – ayrı malların dəyərindən, müxtəlif fəaliyyət növlərindən, təbii ehtiyatlardən istifadədən, əmlakdan alınan məhsulun, görülən işin, yerinə yetirilən xidmətin dəyər artımından əldə olunan, toplanan vergilər hesabına formalaşır.

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...