English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

SUYA QƏNƏT NƏ ÜÇÜN LAZIMDIR VƏ NECƏ QƏNAƏT EDƏK

Image result for suya qənaət üsullarıSuya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan istifadə etikasına düzgün əməl etməsidir.
Suyun bütün canlılar, təbiət üçün nə qədər vacib amil olduğunu anlatmağa ehtiyac yoxdur. Çox zaman insanlar su çatışmazlığının yaratdığı çətinliklərin mərkəzində yalnız özlərini  görürlər ki, bu çox yanlış fikirdir. Belə yanlış fikrin nəticəsidir ki, sudan bolluca istifadə etmək imkanlarımız varsa, bunu sui-istifadəyə çeviririk. Halbuki, Tanrının canlı aləm üçün var etdiyi bu nemətdən insanlarla yanaşı, təbiətin, heyvanların, bitkilərin də ən az bizim qədər istifadə etmək haqqı var. İnsan oğlunun bu gün, ən dar çərçivədə götürsək, özünün yaşamağı üçün vacib olan bu neməti hansı şəkildə istifadə etdiyini görəndə düşünürəm ki, bəlkə suyun idarə haqqı təbiətin digər canlı aləminə bizdən  daha çox tanınmalıdır. Ən azından bu canlılar bizim qədər suları çirkləndirmir, ona lazım olandan artıq sərf etmir. Hətta qənaət etməyi öyrənir. Səhra həyatını yaşamağa məhkum olan heyvan və bitkilərin dözümü buna əyani sübutdur. 
Mətbəxdə istifadə edilən su miqdarı evdə istifadə edilən cəmi suyun yüzdə 10-unu təşkil edir. Buna görə:
- Çirkli qablarınızı əllə və ya qabyuyan maşınında yumazdan əvvəl su dolu ləyəndə isladın . Çirkli qabları axar kran suyu ilə yumayın. Ləyən içindəki suyun köməyi ilə qab-qacaqların çirklərini çıxardıqdan sonra kranı yavaşca açaraq çalxalama və durulaşdırma edin.
- Normal kranlarda dəqiqədə 8-27 litr su istifadə edilərkən aşağı axınlı kran istifadə edərək su istifadəsini yarı yarıya salına bilər. 
- Kranların su damlatmasını önləyin. Dəqiqədə 50-100 damla su axıdan bir krandan ayda 750-1500 litr suyun ziyan edildiyini unutmayın.
- Tərəvəz və meyvələri axar kran suyu ilə yumayın. Ləyənin yarısına qədər su qoyun. Tərəvəz və meyvələri suya qoyduqdan sonra kranı yavaşca acıb və sürətli yumağı təcrübə edin.
- Çirkli qabları əlinizlə yuyarkən əvvəl kobud fırça ilə sürtün. Ləyənə ilıq suyu və yuyucu toz əlavə edib yuyucunu da köpükləndirin və kranı yavaşca açıb qabları sürətli yuyun. Sonra eyni ləyənə təmiz ilıq su qoyaraq təmizlənmiş qablarınızı çalxalayın.
- Axar kran suyu ilə qablarınızı yaxalayın. Beləcə gün tərəfindən 30-60 litr su qənaət etmiş olarsınız.
- İçməli suyu olaraq axan kran suyu yerinə dolça və ya soyuducuna qoyulmuş suyu istifadə edin.
- Bəzi yeməkləri bişirmək üçün az su istifadə edin. Bişirdiyimiz qabın qapağı bağlı olmalıdır. Əksinə vəziyyətdə bəzi vitaminlərin və mineralların yox olmasına səbəb olar. Əlavə bişirmə üçün yanacaq sərfi olar.
- Soyuducudakı yeməklərin və digər donmuş qidaların buzunu əritmək üçün su istifadə etməyin. Bu cür qidaların buzlarını soyuducunun alt gözündə bir gecə gözlədərək həll edə bilərsiniz.
- Evlərdə suyun yüzdə 35i duşda, yüzdə 30u tualetdə, yüzdə 20i paltar və qab-qacaq yumada, 10uda yemək bişirmə və içmə suyu və yüzdə 5 təmizlik məqsədi ilə istifadə edilməkdədir.
- Kranlardan isti su sızıntısı çox su istifadəsi və enerji israfı deməkdir.

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...