Müasir dövr təhsil prosesinin nəinki innovativ təlim metodları əsasında təşkil etmək , ən müasir çağırışlara cavab verən forma və üsullarla təhsilalanlara gələcək həyatda lazım olacaq həyati vərdişləri dərs prosesində aşılamağı tələb edir.
Nəzərə alsaq ki , müasir dünyada baş verən ixtiyari dəyişikliklərin kökündə iqtisadi dəyişikliklər dayanır, orta məktəb dövründən uşaq və yeniyetmələrə pul, gəlir, xərc, məsrəf, qənaət, ailə büdcəsi, dövlətimizin gəlirləri. milli sərvətlərimiz, təbii resurslardan düzgün istifadə və təkrar istehsal prosesi və s. bu kimi anlayışların praktik işlər üzərində öyrədilməsi çox böyük önəm kəsb edir.
İqtisadiyyat və maliyyə ilə bağlı dərs mövzuları adətən təhsilalanlrın ailədə , qonşuluqda. dükanda, nəqliyyatda rastlaşdıqları və bəzən də iştirakçıları olduqları səhnələrdir.Bu baxımdan sizə dərslərinizdə istifadə etməniz üçün çox əlverişli olan, metodik baxımdan təhsilalanlarda bir çox vərdişlərin aşılanmasına xidmət edən "Oxu Strategiyaları " üsullarından istifadə etmənizi israrla tövsiyyə edirəm.
"Oxu Strategiyaları " üsulları təhsill alanlarda natiqlik qabiliyyətini , hadisələri analiz və sintez etmə kimi vacib həyati vacib xüsusiyyəti .məntiqi və kritik düşünmə yollarını inkişaf etdirmə kimi özəlliklərə malikdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Təhsil naziri Cənab Mikayıl Cabbarovun imzaladığı sərəncama əsasən, orta məktəblərdə "Oxu Mədəniyyəti ,Oxuya Motivasiya Və Səmərəli Paylaşım Layihəsi" 2014-cü ilin dekabr ayından etibarən təhsil müəssisələrində reallaşdırılmaqdadır. Məhz bu layihəyə qoşulmaq baxımından da istifadəsini tövsiyyə etdiyim üsul dərslərinizi müasir çağırışlara cavab verəcək formada qurmağa imkan vermiş olacaqdır.
Beləliklə , öz dərslərimdə mövzuya uyğun olaraq istifadə etdiyim şəxsi təcrübəmi paylaşmaq istəyirəm. Nümunə:
1. Hər qrupda 5 təfər olmaqla şagirdləri qruplara bölürəm.
2.Məktəb kitabxnasından seçib götürdüyüm . "Ayna Uşaq Ensklopediyası " nəşrlərindən olan "Pul Üzərində Qurulmuş Dünya " kitabını qruplara paylayıram.
3. Lövhədə mütail edilərək araşdırılmalı mövzu adlarını qeyd edirəm və qruplar öz istəkləri əsasında onlara maraqlı gəlmiş mövzulardan birini araşdırmaq üçün seçir.
4. Araşdırma həm mütailə, həm də internetdən axtarış vasitəsilə paralel olaraq reallaşdırılır.
İnternetdən axtarış üçün hər qrupdan iki nəfər kompüter arxasınıa keçir.
5.Şagirdlərə əvvəldən deyilmiş təlimata əsasən , verilmiş vaxt ərzində şagirdlər mütailə və onlayn axtarışla topladıqları məlumatları öz aralarında ümumiləşdirirlər və təqdimata hazır olurlar.
6. Şagirdlər təqdimatlarını birgə həyata keçirirlər . bu zaman müəllim , "Oxu Strategiyalrı" tələblərinə uyğun suallarla şagirdlərin təqdimatlarının dolğun . əhatəli alınmasına kömək etməlidir.
7. Sonda şagirdlərə mütləq bu suallar suallar verilir:
- Uşaqlar, internetdən axtarış edən zaman Azərbaycan dilli iqtisadiyyat , maliyyə , vergilərlə bağlı uşaq resursları tapmaqda çətinlik çəkdinizmi ?
- Uşaqlar , necə düşünürsünüz , internetdən əldə etdiyimiz informaiyalara tam olaraq etibar etməliyik , yoxsa bu məlumatlar tənqidi və ehtiyatla yanaşmalıyıq?
- Nəşri dövlət qurumları tərəfindən təsdiqləmiş kitalardan istifadə nə üçün etibarlıdır?
- İnternetdəki mənbəsi bəzən dəqiq olmayan məlumatlara üstünlük verərdiniz ,yoxsa müəllimlər tərəfindən hazırlanış onlayn resurslara?
Bu suallar şagirdlərə mütəailə mədəniyyətinin aktuallığını saxladığını və internetdəki hər məlumatın heç də etibarlı olmadığı qənaətinə gəlmələrinə imkan yaradacaq.
Hörmətli oxucum , ümid edirəm ki , bu yazım sizə praktik olaraq faydalı olacaqdır. Təcrübələrinizi əlaqə formu ilə mənə ünvanlaya bilərsiniz.
Müəllif: Aliyə Əhmədova

Uğurlar, Aliyə m. :)
ОтветитьУдалить