- Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi
agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri
vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər
qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.Vergi
qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu
Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.
- Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz.
- Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.
- Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə və İnzibati xətalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinin müddəaları müəyyən edilməlidir.
- Vergi qanunvericiliyinin pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
- Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.
- Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə başqa qaydalar nəzərdə tutulmadığı hallarda, bu sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vəzifəli şəxsinin (şəxslərinin) həmin hərəkətə görə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

Vergi
qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən
hallar
- Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda,
vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:
- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin
olmaması;
- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;
- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;
- vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətinin qurtarması.

Vergi qanunvericiliyinin pozulmasında şəxsin
təqsirini istisna edən hallar
- Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini
istisna edən hallar aşağıdakılardır:
-. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii
fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində
törədilməsi;
-. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun vergi ödəyicisi — fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi;
-. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;
- vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi;
- hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;
- vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması.

Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna
görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti
- Vergi qanunvericiliyinin pozulması anından 3 il
keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə
görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Hesabatın vaxtında verilməməsinə görə maliyyə
sanksiyaları
- Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci
maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim
etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına
əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
- Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergilərin azaldılmasına və digər vergi
hüquqpozmalarına görə maliyyə sanksiyaları
- Verginin (o cümlədən
ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda
göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası
vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə
azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi
yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna
olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş «Fərqlənmə nişanı» olmadan, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
- Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

- bu Məcəllənin 157-ci və
158-ci maddələrinə müvafiq olaraq ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə
minmədən və ya ləğv edildiyi halda ƏDV üzrə elektron vergi hesab-fakturasının
təqdim edilməsinə görə vergi ödəyicisinə təqdim edilmiş vergi hesab-fakturasında
göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq
edilir.
- bu Məcəllənin
175.1.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 175.8-ci maddəsində
göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən
gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında
ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq
edilir;
- Nağd pul
hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa
aparatları və ya ciddi hesabat blankları tətbiq
edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan,
qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları
olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən) , vergi orqanlarında
qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa
aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat
blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş
formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhalə ilə
pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan
çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim
edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi
barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya
ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa
aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul
hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi
ödəyicisinə:
- il ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində;
- il ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat məbləğində;
- il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
- Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə:
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi məqdarında;
- il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissiəsinə 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- Bu Məcəllənin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların invetnarizasiyasında kənarlaşmaya yol verilməsinə, eləcə də Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

- Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi
(kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların
gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə
işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası
tətbiq edilir.
- Vergi
orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri
üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit
təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faiz
miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər
- Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə
ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi
ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi
məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
- Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
- Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir.

- Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə
verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə
qaytarılmır.
Banklara və
bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit
təşkilatlarına tətbiq olunan maliyyə sanksiyaları
- Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən
digər kredit təşkilatlarına aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
- vergi orqanı tərəfindən hüquqi şəxsə, fərdi sahibkara, filiala və
nümayəndəliyə bu Məcəllənin 35-ci maddəsinə uyğun olaraq vergi orqanı
tərəfindən verilən şəhadətnamə-dublikat olmadan bu Məcəlləyə uyğun olaraq
sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin hesablaşma hesabı
və ya digər hesablar açdığına görə — hər açılmış hesab üçün 400 manat məbləğində;
- sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya
xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin
ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və
maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülki Məcəllədə nəzərdə
tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının
sərəncamlarını icra etmədiyinə görə — növbəliyi pozmaqla aparılan
əməliyyatların məbləğlərinin 50 faizi.
Bu zaman tətbiq edilən maliyyə sanksiyasının məbləği həmin ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamında göstərilən məbləğin 50 faizindən çox olmamalıdır.
Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Valyuta vəsaiti vergi ödəyicisi tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra olunur;

- Bu Məcəllənin 60.1.2-ci maddəsində müəyyən edilən hallarda vergi
ödəyicisindən banka və ya bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata
keçirən digər kredit təşkilatına müvafiq tapşırıq və ya sərəncam daxil olduğu
gündən həmin günlər üçün vergi ödəyicisinə faiz hesablanmır.
Vergi
orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti
- Vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya
hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər
işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri
(qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi
ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli
şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
- Vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir.Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər.
- Vergi orqanlarının vəzifəli şəxsləri və digər işçiləri özlərinin hüquqa zidd hərəkətlərinə (qərarlarına) və ya hərəkətsizliyinə, o cümlədən öz xidməti vəzifələrini yerinə yetirmədiyinə və ya lazımınca yerinə yetirmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Комментариев нет:
Отправить комментарий