English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

Kitab -Qənaət motivasiya ssenari

                                                                              Sinif yoldaşları söhbət edirlər.
Dərs əlaçısı Nihad  deyir:
- Atamın mənə verdiyi cib xərcliyindən qənaət edərək 2 manat 60 qəpik pul toplamışam.İstəyirəm Fizika müəllimimiz Aliyə müəllimin tapşırdığı ," Mütailə mədəniyyəti və oxuya motivasiya " layihəsi çərçivəsində mütailə  edərək müzakirə edəcəyimiz Jül Vernin " Aya səyahət " kitabını alım.
Fərahim cəld fikir bildirir : 
-Düşünürəm ki, müasir dövrdə kitab almağa heç ehtiyac yoxdur.İnternetdən istədiyin kitabın e-nüsxəsini yükləyib oxuya bilərsən.
-Mən kompüterdən çox istifadə etməyi düzgün saymıram , gözlər üçün də ziyanlıdır.Kitabın isə xüsusi bir ziyanı yoxdur.
Söhbətə diqqətlə qulaq asan Qəndab nəhayət ki ,dillənir :
Image result for manat-Mənə elə gəlir ki .məktəb kitabxanaları ,uşaq kitabxanalrı məhz elə bunun üçündür.Qənaət etdiyin pulu bir dəfə oxuyacağın kitaba xərcləməyin əsl israf olar. Mən kitabı oxucusu olduğum uşaq kitabxanasından götürəcəm.Sizə də elə bunu məsləhət görürəm.
-Fərahim ,Qəndab ,sizə niyə elə gəlir ki,şəxsi kitab almaq lüzumsuzdur? Mənim fikrim tamam fərqlidir. Əvvəla , mən qənaət etdiyim pulla kitab alarkən ailə büdcəmizə ziyan vurmuş olmuram.Nəzərə alsaq ki ,bu  kitabdan mənim kiçik bacım və qardaşım da rahatlıqla istifadə edə biləcəklər ,deməli mən əslində gələcəyə məqsədli qənaət etmiş oluram.Beləliklə mənim şəxsi kitabxanam da yarana bilər. 
Yoldaşlar bu mövzuda öz subyektiv fikirlərinin doğru olduğunu sübut etmək üçün digər sinif yoldaşları ilə birlikdə  debat təşkil etməyi qərara aldılar. Siz necə düşünürsünüz ,kim haqlıdır?
Müəllif :Aliyə Əhmədova

1 комментарий:

  1. Biz fərdlər arasında bütün dünyaya kredit veririk.

    Bizimlə əlaqə saxlayın:
    E-poçt: contact@creditfinancesinstitut.com
    WhatsApp nömrəsi: +33784505888
    Veb səhifə: https://www.creditfinancesinstitut.com

    ОтветитьУдалить

Related Posts Plugin for WordPress, Blogger...