Alt Standart : Mövcud resurslardan (ərzaq, su, qaz, elektrik enerjisi) qənaətlə istifadə barədə fikirlərini ifadə edir.
Enerjidən nə üçün məhsuldar istifadə etməliyik?
Enerjinin israf edilməsi nəticəsində
- Təbii ehtiyyatlar sürətlə tükənir
- Ətraf mühit çirklənməyə məruz qalır
- Enerji üçün yüksək məbləğdə pul ödəyirik
|
Iqtisadi istehsalın ana ünsürü olan və yaşayış standartını yüksəldən enerjinin istifadəsindən imtina etməyəcəyimizə görə
Yuyucu vasitənin istifadə qaydalarına diqqətlə əməl edin. Yuyucu vasitələrin həddindən artıq istifadəsində səmərəli yuma prosesinə təsir göstərir ki, bu da daha çox elektrik enerjisi sərf edir. Paltaryuyan maşının qızdırıcı sisteminə hər zaman diqqət yetirin. Paltarları durulayarkən soyuq sudan istifadə edin. Paltaryuyan maşınını dolu vəziyyətdə istifadə edin, lakin həddindən artıq yükləməyin. Paltarları sortlaşdırıb yumaq lazımdır. Bu halda paltaryuyan maşından tam məhsuldarlıqla istifadə etmiş olarsınız. Hava şəraiti yaxşı olduqda paltarlarınızı açıq havada qurulayın Hər istifadədən sonra paltarqurulayan maşının filtirini təmizləmək lazımdır. Dəsmal və ağır paltarları ayrı ayrılıqda qurulamaq lazımdır Dəsmal və digər ağır paltarları ayrı ayrılıqda qurutmaq lazımdır Həddindən artıq qurutmayın. Bu elektrik enerjisini israf etməklə yanaşı parçanın da keyfiyyətinə zərə verir | |
SU QIZDIRMADA ELEKTRİK ENERJİSİNƏ QƏNAƏT ETMƏK - Səmərəli su qızdırma məsləhətləri |
Elektrik enerjisinin ən çox istifadə edildiyi yerlərdən biri də evinizdə suyun qızdırılmasına sərf olunur. Ortalama olaraq il ərzində 1000 � 4000 kvts elektrik enerjisi su qızdırmağa sərf olunur. Buna paltar yuma və qab yuma maşınlarının qızdırdığı su daxildir. Evinizdə suyu səmərəli qızdırmaq üçün aşağıdakı məsləhətlərə əməl etməlisiniz. |
Siz su qızdırıcının dərəcəsini 60�C � dən 49�C-ə saldığınızda su qızdırma xərcini 10% (faiz) azaltmış olarsınız. Su qızdırıcını isti suyun istifadə edildiyi nöqtəyə mümkün qədər yaxın olmasını təmin edin. Çünki məsafə uzandıqca istilik azalır. İsti su daşıyan borunu izolə etsəniz istiliyin itməsinin qarşısını almış olarsınız Əgər su kranı axıdırsa onu təmir etdirin. Qabları yuyarkən isti suyun daimi axmasının qarşısını almaq üçün hər hansı bir qabda yığılmış sudan istifadə edin Vanna əvəzinə duşdan istifadə edin Qabyuyan maşının dərəcəsini qabları durulayarkən soyuq sudan istifadə edin Paltar və qabları yuyarkən maşının doldurun amma artıq yükləməyin. Ərzaq bulaşmış qabları əvvəlcə soyuq su ilə sürtün daha sonra qabyuyan maşınına yerləşdirin. |
İŞIQLANDIRMADA ELEKTRİK ENERJİSİNƏ QƏNAƏT - Səmərəli işıqlandırma üçün məsləhətlər |
Hər il ortalama olaraq 400- 1000 kvts işıqlandırma üçün sərf olunur. Evinizdə işıqlandırmanı səmərəli istifadə etmək istəyirsinizsə aşağıdakı məsləhətləri yerinə yetirməlisiniz. |
İki yan-yana duran elektrik lampalarını onların ümumi gücünə bərabər olan bir lampa ilə dəyişdirib həm işıqlandırmanın artırılmasına, həm də elektrik enerjisinə qənaət etmiş olursunuz.
| |
Təbii işıqlanmadan mümkün qədər çox istifadə olunması daha məqsədəuyğundur. Yaşayış sahələri təbii işıqlandırmadan daha çox istifadə edilməsi nöqteyi nəzərindən layihələnməlidir. Tünd rəngli pərdələrdən daha az istifadə, otaqlardakı pəncərələrin təmizliyinə riayət olunarsa, həm işıqlandırmanın artırılması, həm də elektrik enerjisinə qənaət olunması təmin olunana bilər. Lampaların mütamadi olaraq nəzarətdən keçirilməsi zəruridir. İşıqlandırma sistemlərinin təmiz saxlanılması işıqlanma qabiliyyətinin yüksək olmasını təmin edən amillərdən biridir. Lampa üzərində toplanmış toz faydalı işığı mühüm dərəcədə azaldır. Tozla tutulmuş lampa işığın 50%-ni udur. Lampaların təmiz saxlanılması elektrik enerjisindən israfçılıqla istifadəsinin qarşısını alır. | |
Sənayedə müxtəlif növ lampalar istehsal edilir və əgər seçmək məcburiyyətində olsanız, o zaman lüminessensiyalı lampalara üstünlük verin. Çünki lüminessensiyalı lampaların istifadəsi 80%-ə qədər elektrik enerjisinə qənaət edir | |
Otaqlardan ayrılarkən işıqların söndürülməsi, elektrik enerjisindən qənaətli istifadənin bir yoludur. Hər bir ailə üzvünün bu qaydaya riaət etməsi 35%-ə qədər elektrik enerjisinin və ailə bütcəsinin qənaətinin təminatıdır. | |
Evdə elektrik qızdırıcılardan ehtiyacı olmadan istifadə etməyin. Ayna və qapılardan sızılan soyuq havanın qarşısını alın. | |
Hər ay eyni gündə sayğacınızın göstəricisini çıxarıb keçən ayın göstəriciləri ilə müqaisə edin, və elektrik enerjisinə qənaətin (və ya artıq sərfiyyatın) səbələrini araşdırın. | |
Elektrik enerjisinin oğurluğu ilə məşqul olmayın. Elə bir elektrik enerjisinin oğurlama yolu yoxdur ki, onu təcrübəli ekspert-elektrotexnik aşkar edə bilməsin. Nəzərə alın ki, sayğac laboratoriyasında sayğacın geriyə fırlanılmasını aşkar etmək asantdır. | |
İşdə olarkan evdə işığın və elektrik cihazlarının sönüb-sönmədiyini yada salanda həyacan hissi hamıya məlumdur. Belə xoşagəlməz hadisələrdən, elektrik enerjisinin faydasız istifadəsindən və evdə yanğın təhlükəsizliyini təmin etmək üçün sayğacınızdan bir az aralı elektrik xəttinə işıq açarı (işıq söndürən) qoşun, və onu qapının yanına quraşdırın. Lakin, bu halda soyuducunuzun rozetkasını ayrı xəttlə çəkib, quraşdırdığınız işıq açarından əvvəl elekrik xəttinə birləşdirin. Bu işləri etdikdən sonra, siz evdən çıxarkan evdə elektrik enerjisinin verilməsini kəsib (soyuducudan başqa), rahat işə gedə bilərsiniz. YADDA SAXLAYIN ki, işıq açarının quraşdırılması mütəxəssis tərəfindən yerinə yetirilməlidir. MƏNBƏ :http://www.bes.az/pages/qenaet.php |
Комментариев нет:
Отправить комментарий