Sinif yoldaşları söhbət edirlər.
Dərs əlaçısı Nihad deyir:
- Atamın mənə verdiyi cib xərcliyindən qənaət edərək 2 manat 60 qəpik pul toplamışam.İstəyirəm Fizika müəllimimiz Aliyə müəllimin tapşırdığı ," Mütailə mədəniyyəti və oxuya motivasiya " layihəsi çərçivəsində mütailə edərək müzakirə edəcəyimiz Jül Vernin " Aya səyahət " kitabını alım.
Fərahim cəld fikir bildirir :
-Düşünürəm ki, müasir dövrdə kitab almağa heç ehtiyac yoxdur.İnternetdən istədiyin kitabın e-nüsxəsini yükləyib oxuya bilərsən.
-Mən kompüterdən çox istifadə etməyi düzgün saymıram , gözlər üçün də ziyanlıdır.Kitabın isə xüsusi bir ziyanı yoxdur.
Söhbətə diqqətlə qulaq asan Qəndab nəhayət ki ,dillənir :
-Mənə elə gəlir ki .məktəb kitabxanaları ,uşaq kitabxanalrı məhz elə bunun üçündür.Qənaət etdiyin pulu bir dəfə oxuyacağın kitaba xərcləməyin əsl israf olar. Mən kitabı oxucusu olduğum uşaq kitabxanasından götürəcəm.Sizə də elə bunu məsləhət görürəm.
-Fərahim ,Qəndab ,sizə niyə elə gəlir ki,şəxsi kitab almaq lüzumsuzdur? Mənim fikrim tamam fərqlidir. Əvvəla , mən qənaət etdiyim pulla kitab alarkən ailə büdcəmizə ziyan vurmuş olmuram.Nəzərə alsaq ki ,bu kitabdan mənim kiçik bacım və qardaşım da rahatlıqla istifadə edə biləcəklər ,deməli mən əslində gələcəyə məqsədli qənaət etmiş oluram.Beləliklə mənim şəxsi kitabxanam da yarana bilər.
Yoldaşlar bu mövzuda öz subyektiv fikirlərinin doğru olduğunu sübut etmək üçün digər sinif yoldaşları ilə birlikdə debat təşkil etməyi qərara aldılar. Siz necə düşünürsünüz ,kim haqlıdır?
Müəllif :Aliyə Əhmədova