English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

PUL QAZANMAQ ZƏKASINI NECƏ İNKİŞAF ETDİRMƏLİ

Image result for finansZəkanın fərqli növlərinin  olduğunu  hamımız eşitmişik .  Sizcə pul qazana bilmək bir qabiliyyət ola bilərmi?

Bəli, qabiliyyətini istifadə etmədən pul qazanmaq şansı heç kimdə  ola  bilməz. Məsələn, bir həkim diplomu olduğu üçün deyil ,diaqnoz qoyub müalicə etmə qabiliyyəti olduğu üçün pul qazanır. Bir mühəndis diplomu olduğu  üçün deyil,  layihə yazıb və tətbiq edə bildiyi üçün pul qazanır. İnsanların diplomalarına deyil, qabiliyyətlərinə pul ödənilir. Diplom yalnız bir adamın hansısa qabiliyyətə sahib olduğunu sübut etmək üçün  bir vasitədir ki ,iş həyatına başlayarkən gərəkli olur ,davamı  isə  hər kəsin qabiliyyətlərindən asılıdır.


Hətta illər əvvəl çox təsir edici bir film izləmişdim. Kiçik bir qəsəbədə kimsəsiz uşaqların da sığındığı bir klinikada həkimin köməkçisi bir uşaq vardı. Illər keçdikcə uşaq digər həkimin yanında əməliyyatlar etməyə belə başlamışdı. Sonra bir gün həkim ölüncə uşaq ətraf mühitin də qatqısı və dəstəyi ilə o həkimin yerinə keçmiş, klinikanın  fəaliyyətini davam etmişdi, tamamilə təcrübəyə söykənən medikal məlumatla. Söhbətin qabiliyyətdən getdiyini anlayırsınız yəqinki. Mövzumuza dönək .

Image result for finansBu mənada pul qazana, pulu idarə edə bilmək də başlı başına bir qabiliyyətdir. Pul qazanma qabiliyyəti məlumatla deyil tətbiqlə inkişaf edir.  Günümüzdə  müxtəlif məlumatlar almaq çox asandır.. Amma əsl qabiliyyət məlumatı yaradıcı tətbiq edə  bilməkdir.

Investisiyanın universal qanunlarından,  fərdi büdcə texnikalarından, zənginləşmə statistikalarını, dünyadakı zəngin insanların pulu istifadə vərdişlərindən görəsən  neçə  nəfərin  məlumatı  var?. Borçlarınızdan xilas olma, zəngin olmanın riyaziyyatı, uşaqlarınıza zənginliyin qaydalarını miras buraxma kimi texnikaları bilirikmi?. Necə  olursa olsun pul daha yaxşı necə istifadə etməniz lazım olduğunu bilirsinizmi?

Benjamin Franklin, John Davison Rockefeller, Henry Ford, Sam Walton, John PIERPONT Morgen, Warren Buffet, Bill Gates, Paul Getty, Aristotle Onassis, Walt Disney, Soichiro Honda, Donald Trump, Conrad Nicholson Hilton, ölkəmizdən Vehbi Koç, Sakıp Sabancı, Nejat Eczacıbaşı, bu zəngin və uğurlu insanların həyat əhvalatlarını bilirsinizmi?

Bu şəxslərin  uğur hekayələrinin  hər birində onları digər insanlardan ayıran bir çox təməl xüsusiyyət var: Sahib olduqları sərmayəni ən təsirli şəkildə qiymətləndirmək. Burada sərmayə deyərkən yalnız pulu deyil, zaman və məlumata da diqqət yetirirəm. Bu şəxslərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də aldıqları məlumata verdikləri önəmdi.

Amerikada dollar milyonerləri üzərində edilmiş '' The Milionaire Next Door ''  adlı   doktorluq dissertasiyası var. Bu araşdırma dollar milyonerlerinin ən diqqətə çarpan yeddi xüsusiyyətini belə sıralayır:


  • Imkanlarından  daha sadə  yaşayırlar
  • Pullarını, zamanlarını və enerjilərini pulu  artırmaq  üçün istifadə edirlər.
  • Maliyyə azadlığının  yüksək sosial status nümayişi etməkdən daha əhəmiyyətli olduğunu düşünürlər.
  • Ana atalarından pul  mirası almayıb . maddi  dəstək  görməyiblər.
  • Yetkin uşaqları  maddi olaraq özlərini  idarə  edə bilirlər.
  • Bazar fürsətlərini tutma  qabiliyyətləri  yüksəkdir.
  • Özləri üçün uyğun bir peşə seçirlər, amma peşələri ilə milyonerlikleri arasında bir əlaqə də yoxdur.

Image result for finans
Yəni sıradan insanlar qazandıqlarını xərcləyir. Qənaətə və investisiya pul ayırmıyırlar. Dollar milyonerləri isə qazandıqlarını əvvəl investisiya və qənaətə ayırdıqdan sonra qalan xərclərə ayırırlar. Lüks xərcləri qarşılamaq üçün isə qazandıqlarını deyil, yalnız investisiyaların qazanclarını istifadə edirlər.

Yaxşı, biz ümumiyyətlə ölkəmizdə nə edirik?  Amerika Birləşmiş Ştatları və Avropa ölkələrilə müqaqayisədə   bi varlılıq  nümayişinə  daha meyilliyik. Hətta imkanı xaricində olsa belə . bəziləri  nümayiş üçün kreditə avtomobil  və son model mobil telefonu özünə əsirgəmir.

Buna görə deyirəm ki, borcunuz varsa  varlanmayacaqsınız. Sizə borc verənləri zənginləşdirəcəksiniz. Büdcə daxilində hərəkət etmək  bir qabiliyyətdir.

Yaxşı, qənaət etmək istəyirsinizsə, nə etməlisiniz? Ilk ödəməyi özünüzə etməlisiniz. Çünki qənaət etmənin birinci və ən əhəmiyyətli qaydası budur. Ümumiyyətlə hər kəs maaşını aldıqdan sonra əvvəl kommunal ödənişləri, kirayə  pulunu, uşaqların repetitor  pullarını və s. ödəyir. Halbuki o pulu  özünüz qazandınız və ilk ödəmyi özünüzə  edin. Demirəm ki , kommunal  ödəniş  etməyin,  amma qənaət edəcəyiniz miqdarı əvvəl kənara qoymasanız, ümumiyyətlə ay sonuna qənaət ediləcək pul qalmayacaq.
Son sözümü  bir  fizik kimi demək istəyirəm; pul enerjidir, alış - veriş  üçün mükəmməl bir kəşfdir. Amma bəzən enerjinin axını pozula bilər. Buna görə enerjini düzgün və balanslı istiqamətləndirmək, idarə etmək lazımdır. Buna görə pulun enerjisini  düzgün  idarə etməyə çalışın. Çünki əslində pul sevgidir. Pulun enerjisini də sevgiylə idarə  etsəniz, həyatınızda heç bir zaman pulsuz qalmazsınız.
Sizin üçün araşdırdı və  topladı :  ALİYƏ  ƏHMƏDOVA 

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...