Soyuducular və A+++ Enerjiyə Qənaət
Müasir dövrdə geniş həcmli soyuduculardan sadə donduruculara qədər müxtəlif çeşidli soyuducular ağıllı saxlama və soyutma həlləri ilə təchiz olunur. Fasiləsiz olaraq çalışan souyducuların A+++ standartlı olması yaşıl gələcəyin bir hissəsi olmağa və ailə büdcəsinə qənaət etməyə hədəflənmişdir.
Enerjiyə və resurslara qənaət etmək ehtiyacı heç zaman indi olduğundan daha vacib olmamışdır. Müasir istehsalçılar ətraf mühit görüşü ilə A+++ və A++ enerji dərəcələrinə uyğun məhsullar təklif edir. Bəzi markalarda A+++ soyuducusu eyni A məhsulu ilə müqayisədə 64%-ə qədər daha az enerji sərf edir. Eyni zamanda, A+++ məhsulu eyni A məhsulu ilə müqayisədə 40%-ə qədər daha az enerji sərf edilməsinə də rast gəlinir. Ərzaq tərkibindəki nəmin 20%-ni itirdikdə, artıq "təzə" adlandırıla bilməz. İki ayrıca soyutma sistemi sayəsində müasirNeoFrost Texnologiyası daha uzun müddətli təravətlilik üçün soyuducuda optimal rütubət səviyyəsini saxlayır (90%-ə qədər).NeoFrost Texnologiyası soyuducu və dondurucuda A+ enerji qənaəti ilə daha sabit və cəld soyutmaya nail olur. Müasir soyuducularda "Tətil Rejimi " sizə əlavə enerjiyə qənaət imkanı verir. Yalnız dondurucu hissəsi işləyir və beləliklə enerjiyə qənaət edilir. Təzə ərzaq hissəsi 15 °C və ya daha aşağı temperaturda saxlanır və pis qoxuların qarşısı alınır və enerjiyə qənaət edilir.
Комментариев нет:
Отправить комментарий