English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

AİLƏ BÜDCƏSİNDƏ "KUZƏ" ÜSULU.


Bəzən, eyni iş yerində çalışan və eyni məvacibi  alan şəxslərin ailələri müxtəlif cür dolanır. Belə ki, birinci şəxsin maaşı ay sonuna güclə çatdığı, bəzən borca düşdüyü halda, ikinci şəxs nəinki bu maaşla dolanır, hətta gələn ay üçün  ehtiyat pul da saxlayır. Bəs bu necə olur? Ailə büdcəniz üçün ən sınanmış yollardan biri olan "kuzə üsulu" nu sizə təqdim edirəm.  Bunun üçün xərcləmək istədiyiniz pulu altı kuzəyə bölmək kifayətdir. Hər bir kuzə həyatın müəyyən sferası üçün nəzərdə tutulub. Beləliklə, siz planlaşdırdığınızdan artıq pul xərcləməyəcəksiniz.
1-ci kuzə: Ən vaciblər üçün (büdcənizin 55 faizi)
Burada olan pullar gündəlik, kommunal xərclər, həmçinin kirayə, nəqliyyat, vergi  və ərzaq məhsulları üçündür.


2-ci kuzə: əyləncə ( büdcənizin 10 faizi)
Büdcənizin bu hissəsini gec-gec alınan şeylər və nadir hallarda edilən işlər üçündür. Məsələn, Siz xoşunuza gələn bir rəsm əsərini ala, yaxud şənbə-bazar günləri bir yerə istirahətə yollana bilərsiniz. Ümumiyyətlə ürəyiniz necə istəyir elə də xərcləyin.


3-cü kuzə: yığmaq (büdcənizin 10 faizi)
Bu sizin gələcək maliyyə müstəqilliyinizin zəmanətidir. Bu bankada olan pullar investisiya, yaxud passiv gəlir mənbəyi üçün istifadə olunacaq. Bu pullar  tam maliyyə azadlığı əldə etməyənə qədər əl vurulmamalıdır. Hətta bu halda belə toplanmış məbləğə dəymək olmaz, ancaq son ayırdığınızı xərcləyin.
4-cü kuzə: təhsil (büdcənizin 10 faizi)
Bu qabda olan pullar  sizin gələcə təhsiliniz və şəxsi inkişafınız üçündür. İnvestisiya - pulları qoymaq üçün əla üsuldur, siz isə ən qiymətli aktivsiniz. Bunu heç bir zaman unutmayın. Bu maliyyəni kitab, disk almağa, yaxud kurslara xərcləyin. Bunun əvəzi sonra ödənəcək.
5-ci kuzə: Şəxsi ehtiyat (büdcənizin 10 faizi)
Bu yığımdan  iri alış veriş üçün - məsələn, plazma televizoru, yaxud avtomobil almaq üçün istifadə edə bilərsiniz. Bu, daim doldurulmalı olduğunuz rezerv fondunuzdur.


6-cı küzə: Xeyriyyəçilik və hədiyyə (büdcənizin 5 faizi)
Ad günü, toy və sair bayramlar üçün hədiyyələrə xərcləmək olar. Bu puldan həmçinin yoxsullara, xəstələrə  kömək üçün də istifadə etmək olar.Mənbə :http://www.faktxeber.com/

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...