1-Çörək qovurması
Boyat çörək tikələr halında doğranır. Tavada qızdırılmış yağda qovrulur. Çörəklər qovrularkən, 1 çay stəkanı soyuq su üzərinə tökülür. Yaxşıca qarışdırıldıqdan sonra qazanın qapağı bağlanılıb, 5 dəqiqə bişirilir.
2. Papara
Boyat çörəklər çuxur bir qaba dordkünc formasinda doğranır. Halqa- halqa doğranmış soğan, kərə yağı və ya zeytun yağında qovrulur. Ardından duz və su əlavə olunub qaynadılır. Üzərinə holland pendiri tökülür. Bir müddət ılımaya buraxıldıqdan sonra çuxur qabdakı çörəklərin üzərinə tökülür.
3. Tirit
Boyat çörək dilimləri bir qaba yerləşdirilir. Qıyılmış soğan duz ilə öldürülüb, çörək dilimləri üzərinə döşənir. Sonra üzərinə qaynadılmış sümüklü ətin suyu bolca tökülür. Kim istəsə, doğranmış cəfhəri və ya sumaq səpə bilər.
4. Çörək süpürgəsi
(Ankara ətraflarından birtirit növü)
Boyat çörək dilimlənib bir nimçəyə yerləşdirilir. Bir qazanda su qaynadılıb, çörək dilimlərinin üzərində gəzdirilir. Ardından sarımsaqlı qatıq tökülür. Son olaraq da, bir tavada yağ ilə qovrulan tomat və qırmızı bibər qarışığı gəzdirilə bilər.
5. Çörək oğması
Boyat çörəklər xırdalanır; bir qabda əridilən kərəyağına tökülərək qovrulur. Sonra üzərinə bir yumurta qırılıb, çörək ovuntuları ilə alt-üst edilir. Ardından 1 stəkan süd tökülüb, yenidən qarışdırılır. Çox yüngül atəşdə süd çəkilincəyə qədər gözlədilər. Süd çəkilincə atəşdən alınır. Üzərinə bir dəsmal sərilir dəmləndirilir. İlıq olanda yeyilir.
6. Yalancı paça
Kiçik küplər şəklində doğranan soğan, qazanda 1 yemək qaşığı kərə yağı ilə qovrularaq qızardılır. Üzərinə tomat əlavə edilərək əridilir. Döyülmüş 2 diş sarımsaq, 1 limonun suyu, duz, qırmızı toz bibər və ət suyu qatılar. Boyat çörək küp şəklində doğranarak kərəyağında qovrulur. Yağda qovrulduqdan sonra, fincanlara doldurulan şorbanın üzərinə tökülür.
7. Kalacuş
Boyat çörək, kvadrat halında kəsilərək dərin bir qaba qoyulur. Qıyılmış soğan, tavada qızdırılmış marqarin ilə qızarıncaya qədər qovrular. Çalxanaraq ayran konsistensiyasına gətirilən qatıq və su, yağ və soğanın olduğu tavaya əlavə edilir.Bir neçə dəqiqə qaynadıldıqdan sonra, hazır olan qarışım dərin qabda olan doğranmış boyat çörəklərin üzərinə tökülür. Qabın qapağı bağlanır.Bir müddət atəşin üzərində tutulduqdan sonra dərhal süfrəyə gətirilir.
8. Çörəklə omlet
4 dilim boyat çörək kub şəklində kəsilib,kərəyağında qızardılır. 8 yumurta,1 su stəkanı süd, duz qarışdırılıb, yaxşıca çırpılır. Hazırlanan qarışıqdan 4 ayrı omlet bişirilir. Üzərinə kub şəklində doğranmış qızarmış çörək və kub şəklində doğranmış pomidorlar qoyulub süfrəyə verilir.
9. Çörək qarışdırması
Boyat çörək tikələr halında doğranır. 3 yemək qaşığı marqarin bir qazanda əridilir. Ərimiş kərəyağına qaşıq ucu ilə tomat qoyular. Üzərinə 3-4 yumurta qırılır; qarışdırılaraq bişirilir. Ardından qara istiot səpilir. Doğranmış çörəklər və cəfəri da əlavə olunub zəif atəşdə bir az qarışdırılır. Qazanın qapağı bağlanılıb 6-7 dəqiqə çörəklər yumuşadılır.Çörək qarışdırması, ayran və ya salat ilə yenilə bilər.
10. Yumurtalı çörək
Boyat çörək dilimləri kub şəklində doğranıb, sobada suxari edilir. İncə doğranmış soğan, bir tavada yarım çay stəkanı duru yağ ilə qovrulur. 1 şorba qaşığı tomat və 1 çay stəkanı su əlavə olunub bir neçə dəqiqə qaynadılır. Doğranmış çörəklər, soğanlar ilə qarışdırılıb tavanın kənarlarına yığılır. Tavanın ortasına 2 yumurta qırılar. Üzərinə duz və qara istiot tökülür.Tavanın qapağı bağlanılaraq, yumurtaların bişməsi gözıənilir.4 diş sarımsaq döyülüb qatığa qatılır. Sarımsaqlı qatıq qaba tökülüb , üzərinə tavadaki bişmiş olan yumurtalı çörək dağılmadan çıxarılır.1 şorba qaşığı ərimiş marqarini kafi miqdarda qırmızı pul bibərlə yüngülcə qızardılır. Bibərli yağ, yeməyin üzərinə gəzdirilir.
11. Çörəklə əzmə
2 dilim boyat çörəyin qabıqları kəsilir. Dilimlər çuxur bir qaba qoyulub üzərinə soyuq su tökülür. 5 dəqiqə sonra sudan çıxarılır; suyu süzülərək xırdalanır.Xırdalanmış çörəklər, 3 yemək qaşığı döyülmüş qoz içi və 2 diş döyülmüş sarımsaq, 2 yemək qaşığı zeytun yağı, qatıq, limon suyu və 1 çay qaşığı pomidor və bibər tomatı yaxşıca qarışdırılır. Əldə edilən qarışıq serviz qabına qoyular. Üzərinə pul bibər səpilər. Bir neçə yarım qoz və cəfəri ilə bəzədilir. Qeyd: Qoz istəməyənlər badam və ya fındıq da istifadə edilə bilər.
12. Boyat çörək kotleti
Boyat çörək isladılar; əl ilə sıxılaraq suyu süzüldükten sonra bir qaba alınar. 100 qr. qıyma, 1 baş soğan rəndəsi, kimyon, kotlet ədviyyatı, duz ilə yoğrulup kotlet şəklində hissələrə ayrılır.Kotlrtlər qızğın yağda kızartılıb solget kağız üzərinə çıxarılır.
13. Pendirli boyat çörək kotleti
1 ədəd boyat çörək, üzərinə su səpilərək nəmləndirildikdən sonra xırdalanır. İçinə 200 qr. sərt ağ pendir rendelenir; 1 dəstə cəfhəri doğranır; 2 yumurta qırılar; 1 ədəd orta soğan rəndələnir; duz, kotlet ədviyyatı və pul bibər qatılar. Bu qarışıq yoğrularaq kotlet şəklində hissələrə ayrılır. Kotletlər əvvəl una, sonra çırpılmış yumurtaya, daha sonra suxariyə bulanıb qızğın yağda qızardılır. Onlara diş çöpü batırılaraq serviz edilər.
14. Bayat çörək pizzası
Bayat çörəklər dilimlenip kub kub kəsilir. Marqarin ilə yağlanmış soba qabına yayılır. 4 yumurta çırpılar; içinə 2 su stəkanı süd, 1 paket qabartma tozu, yarım çay stəkanı maye yağ qatılır. Qarışıq təkrar çırpılıp çörəklərin üzərinə tökülür. Bayat çörək pizzası bu vəziyyətdə soyuducuda bir gün saxlanılar sonra bişirilır.Sobaya verilmədən əvvəl, üzərinə dilimlənmiş sosiska kolbasa və ya vetçina yerləşdirilir. Pomidor, bibər dilimləri də yerləşdirilə bilər. Bunların üzərinə Də Holland pendiri səpilir.
15. Dilim pizzası
Boyat çörək dilimlərinə kərə yağı sürtülür. Yumurta, ağ pendir, cəfhəri və pul bibər qarışdırılıb çörək dilimlərinin üzərinə bolca sürülür. Bu qarışığa kiçik doğranmış pomidor və iti bibər də> əlavə oluna bilər. Dilimlər, pendir qızarana qədər sobada qızardılır.
16. Ketçaplı dilim pizzası
Boyat çörək dilimləri, yağlanmış nimçəyə düzülər. 1 şorba qaşığı tomat, 1 şorba qaşığı ketçup, 2 yumurta, 1 çay qaşığı kəklikotu və 1 çay stəkanı maye yağ çırpılar. Ən son əzilmiş ağ pendir qatılar. Qarışıq, çörək dilimlərinin üzərinə sürtülər. Dilimlər, orta temperaturlu sobada, qızarana qədər bişirilir, isti isti serviz edilir.
17. Dilim qayğanağı
2-3 yumurta çırpılıp 1 çay fincanı süd və ya su ilə qarışdırılır. Boyat çörək dilimləri arxalı önlü bu qarışığa bulanıp qızğın maye yağda qızardılır.
18. Sarımsaklı çörək
(Tiyriti)
Boyat çörək dilimləri sobada qızardılır. 2-3 diş sarımsaq döyülüb Kərə yağında o üz bu üz çevrilir. Bolca toz qırmızı bibər, bir çimdik duz və 1 çay fincanı su əlavə olunub dərhal atəşdən alınar. Çörək dilimləri üzərində gəzdirilər.
19. Boyat çörək buterbrodu
Bir qabın içində 1 şorba qaşığı tomat, yarım çay stəkanı maye yağ, 1 çay qaşığı kəklikotu, yarım çay stəkanı süd, 200 qr. əzilmiş ağ pendir, 2 yumurta yaxşıca qarışdırılır. Bu qarışıq incə boyat çörək dilimlərinə sürülür.Dilimlər, soba nimçəsinə düzülər; yüngül qızarıncaya qədər qızardılır.Qızardılmış dilimlərin üzərinə 1 incə dilim pomidor; bunun üzərinə də 2 incə dilim sosiska yerleştirilir.Buterbrodlar, diş çöpü batıtılaraq serviz qabına alıb, soyutmadan, kahı yarpaqları ilə serviz edilir.
20. Tutmaç
3 su stəkanı toz şəkər, eyni miqdarda su və yarım limon suyu qarışdırılıb qaynadılır. Əldə edilən sirop soyumağa bıraxılır.Boyat çörək kub- kub doğranır.Zeytun yağı tavada yandırılmadan qızdırılır. Doğranmış çörəklər, çırpılmış yumurtaya bulanaraq, qızğın yağda bir-bir qızardılır. Qızaran çörəklər siropa atılır.Bir tərəfdən qızartma əməliyyatı davam etdirilərkən, digər tərəfdən siropu çəkən çörəklər serviz qabına çıxardılar. Qızartma əməliyyatı bitincə, xidmət qabına çıxarılmış çörəklər üzərinə darçın,küncüt, badam, qoz, fındıq, gül suyu səpilər. Yüngülcə qarışdırılır.
Nuş olsun!
|
Комментариев нет:
Отправить комментарий