Bəli, qabiliyyətini istifadə etmədən pul qazanmaq şansı heç kimdə ola bilməz. Məsələn, bir həkim diplomu olduğu üçün deyil ,diaqnoz qoyub müalicə etmə qabiliyyəti olduğu üçün pul qazanır. Bir mühəndis diplomu olduğu üçün deyil, layihə yazıb və tətbiq edə bildiyi üçün pul qazanır. İnsanların diplomalarına deyil, qabiliyyətlərinə pul ödənilir. Diplom yalnız bir adamın hansısa qabiliyyətə sahib olduğunu sübut etmək üçün bir vasitədir ki ,iş həyatına başlayarkən gərəkli olur ,davamı isə hər kəsin qabiliyyətlərindən asılıdır.
" İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏT HƏR ŞEYƏ QADİRDİR! " HEYDƏR ƏLİYEV.
PUL QAZANMAQ ZƏKASINI NECƏ İNKİŞAF ETDİRMƏLİ
Bəli, qabiliyyətini istifadə etmədən pul qazanmaq şansı heç kimdə ola bilməz. Məsələn, bir həkim diplomu olduğu üçün deyil ,diaqnoz qoyub müalicə etmə qabiliyyəti olduğu üçün pul qazanır. Bir mühəndis diplomu olduğu üçün deyil, layihə yazıb və tətbiq edə bildiyi üçün pul qazanır. İnsanların diplomalarına deyil, qabiliyyətlərinə pul ödənilir. Diplom yalnız bir adamın hansısa qabiliyyətə sahib olduğunu sübut etmək üçün bir vasitədir ki ,iş həyatına başlayarkən gərəkli olur ,davamı isə hər kəsin qabiliyyətlərindən asılıdır.
ELEKTRİK ENERJİSİNƏ QƏNAƏTİN İNCƏLİKLƏRİ - DƏRS NÜMUNƏSİ
Motivasiya Yaşadığımız binalarda, evimizdə, məişətimizdə enerjidən düzgün və qənaətlə istifadə etməklə biz təbii sərvətlərin tükənməsinin, enerji israfçılığının və ekoloji problemlərin yaranmasının qarşısını ala, eyni zamanda onsuzda az olan evdəki büdcəmizi qoruyub pulumuza qənaət edə bilərik. Belə ki, hər kəs öz evində müəyyən qaydalara əməl edib enerjiyə maksimum qənaət etsə, bunun ümumilikdə böyük iqtisadi səmərəsi olar.
Tədqiqat sualı : Saysız-hesabsız olan bu qənaət üsullrıdan hansını bilirik ?
Yönləndirici ifadələr: Lazımsız istifadə, Təmizlik, Pərdələr, Qənaətcil lampalar, Texnikanın yerləşdirilməsi, Kondisionerlərin istifadəsi, Su qızdırıcıları, Nəzarət və s.
EVDƏKİ ƏN ZƏHMƏTKEŞ TEXNİKA İLƏ QƏNAƏT-SOYUDUCU
Soyuducular və A+++ Enerjiyə Qənaət
Müasir dövrdə geniş həcmli soyuduculardan sadə donduruculara qədər müxtəlif çeşidli soyuducular ağıllı saxlama və soyutma həlləri ilə təchiz olunur. Fasiləsiz olaraq çalışan souyducuların A+++ standartlı olması yaşıl gələcəyin bir hissəsi olmağa və ailə büdcəsinə qənaət etməyə hədəflənmişdir.VERGI BƏYANNAMƏSİ NƏDİR, KİMLƏR VERGİ BƏYANNAMƏSİ ETMƏLİDİRLƏR?
ALT STANDART : vergi haqındakı biliklərini nümayiş etdirir
EVDƏKI "QƏNAƏT KEŞİKÇİSİ "
Şagirdlər, uşaqlar öyrəndikləri qənaət üsullarını evdə tətbiq etməyə, böyüklərə bildiklərini nümayiş etdirməyə meyillidirlər. Onlara "QƏNAƏT KEŞİKÇİSİ " statusunu verin.Evdəki maarifləndirmə işləri barədə qeydlər aparmalarını və dərsdə yoldaşları ilə müzakirə etmələrini istəyin.
" OXU STRATEGİYALARI " - İŞ ÜSULU
Nəzərə alsaq ki , müasir dünyada baş verən ixtiyari dəyişikliklərin kökündə iqtisadi dəyişikliklər dayanır, orta məktəb dövründən uşaq və yeniyetmələrə pul, gəlir, xərc, məsrəf, qənaət, ailə büdcəsi, dövlətimizin gəlirləri. milli sərvətlərimiz, təbii resurslardan düzgün istifadə və təkrar istehsal prosesi və s. bu kimi anlayışların praktik işlər üzərində öyrədilməsi çox böyük önəm kəsb edir.
İqtisadiyyat və maliyyə ilə bağlı dərs mövzuları adətən təhsilalanlrın ailədə , qonşuluqda. dükanda, nəqliyyatda rastlaşdıqları və bəzən də iştirakçıları olduqları səhnələrdir.Bu baxımdan sizə dərslərinizdə istifadə etməniz üçün çox əlverişli olan, metodik baxımdan təhsilalanlarda bir çox vərdişlərin aşılanmasına xidmət edən "Oxu Strategiyaları " üsullarından istifadə etmənizi israrla tövsiyyə edirəm.
ƏN YAXŞI AİLƏ QƏNAƏT EDƏN AİLƏDİR-BOYAT ÇÖRƏKDƏN 20 DADLI RESEPT
TƏKLİF EDİRƏM Kİ ,MƏHZ ŞAGİRDLƏRƏ MƏKTƏBLƏRDƏ TEXNOLOGİYA DƏRSLƏRİNDƏ BOYAT ÇÖRƏKDƏN QƏNAƏT MƏQSƏDİLə DADLI YEMƏKLƏR RESEPTLƏRİ ÖYRƏDİLSİN!
Əminəm ki ,sadə ,hazırlanması rahat bu reseptləri öyrənən şagirdlər öz evlərində valideynləedən boyat çörəyin qənaətini ,düzgün istifadəsini tələb edəcək. Hər evdə məhz uşaqlar çörək qənaətinin keşiyində olacaqlar.
Beləliklə, boyat çörəkdən 20 növ yemek reseptini sınayın ,qənaət edin ,ailə büdcəsini düzgün planlaşdırın.
AİLƏ BÜDCƏSİNDƏ "KUZƏ" ÜSULU.
1-ci kuzə: Ən vaciblər üçün (büdcənizin 55 faizi)
Burada olan pullar gündəlik, kommunal xərclər, həmçinin kirayə, nəqliyyat, vergi və ərzaq məhsulları üçündür.
Büdcənizin bu hissəsini gec-gec alınan şeylər və nadir hallarda edilən işlər üçündür. Məsələn, Siz xoşunuza gələn bir rəsm əsərini ala, yaxud şənbə-bazar günləri bir yerə istirahətə yollana bilərsiniz. Ümumiyyətlə ürəyiniz necə istəyir elə də xərcləyin.
ELEKTRİK ENERJİSİNƏ QƏNAƏTİN MÜASİR ÜSULU on PhotoPeach
|
Подписаться на:
Сообщения (Atom)